Nitqin inkişafı üzrə işin elmi əsasları


Lüğət üzrə işin metodikası



Yüklə 0,65 Mb.
səhifə14/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   10   11   12   13   14   15   16   17   ...   55
Nitq kopyası

Lüğət üzrə işin metodikası

Lüğət üzrə iş 4 istiqamətdə aparılır:
✓ Lüğətin zənginləşdirilməsi
✓ Lüğətin dəqiqləşdirilməsi
✓ Lüğətin fəallaşdırılması
✓ Lüğətin təmizliyi
1. Lüğətin zənginləşdirilməsi. Lüğətin zənginləşdirilməsi dedikdə, mənası məlum olmayan yeni sözlərin mənimsənilməsi nəzərdə tutulur. Şagirdlər hər gün öz lüğətlərinə bir neçə yeni söz daxil etməlidirlər. Yalnız belə lüğət toplama əsasında onlar ətrafdakılarla ünsiyyətə girə bilərlər.
2.Lüğətin dəqiqləşdirilməsi. Lüğətin dəqiqləşdirilməsi dedikdə sözün ümumiləşdirilməsi və yadda saxlanması başa düşülür. Şagirdlərin lüğətinə daxil olan sözlərin möhkəmləndirilməsi və dəqiqləşdirilməsi üzrə iş ilk növbədə növ, cins, mücərrəd sözlər, səslənməsinə və yazılışına görə fərqlənən sözlər, yazılışı çətin sözlər üzərində getməlidir. 
3.Lüğətin fəallaşdırılması. Lüğətin fəallaşdırılması lüğət işinin çətin vəzifələrindən
dir. Əgər şagird mənasını dəqiq başa düşdüyü sözlərdən getdikcə daha çox istifadə edə bilirsə, deməli, onun lüğəti fəallaşır. Şagird həm də mənaca uyğun sözü daha dəqiq işlətməyi bacarmalıdır. 
4.Lüğətin təmizliyi. Lüğətin təmizliyi ədəbi dilə mənsub olmayan söz və ifadələrin nitqdə işlətməmək vəzifəsini qarşıya qoyur. Şagirdlərin nitqindəki dialektizm, kobud və vulqar sözlərin təmizlənməsi üzrə işə daha erkən yaşlardan başlamaq lazım olsa da, bu işdə məktəbin vəzifəsi oluqca böyükdür.
Lüğət üzrə işin yuxarıda göstərilən sahələri bir-biri ilə vəhdətdədir. Ona görə də bu işin hər bir anında müəllim onları əhatə etməyi unutmamalı, lüğət işinin digər sahələri ilə əlaqəsini nəzərdən qaçırmamalıdır.
III sinif dərsliyində yazılır: 
“Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür.
“Danışmaq və yazmaq bacarığı bildiklərimizi və düşündüklərimizi başqalarına anlatmaq üçündür”.
“Danışma – bildiklərimizi, düşündüklərimizi və hislərimizi başqalarına çatdırmağın yollarndan biridir.
“Gündəlik ünsiyyət zamanı biz salamlaşırıq, sağollaşıriq, təşəkkür edirik, üzr istəyirik, arzu edirik, təbrik edirik... Bu zaman bir sıra ifadələr var ki,onlardan yerində istifadə etməyi bacarmalıyıq. Bu ifadələrə nitq etiketləri deyilir”.
Belə ki, nitq etiketləri də nitqi zənginləşdirir. Bunu nəzərə alaraq müəllim şagirdlərin inkişafına uyğun didaktik material seçməli, təlim priyomlarını mürəkkəbləşdirməli, fəal təlim üsullarından istifadə etməklə onları müstəqil fəaliyyətə hazırlamalıdır.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin