Nitqin inkişafı üzrə işin elmi əsasları


Həmçinin təlimin təşkilinin dörd forması vardır:fərdi iş, cütlərlə iş, qruplarla iş, kollektiv iş



Yüklə 0,65 Mb.
səhifə22/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   18   19   20   21   22   23   24   25   ...   55
Nitq kopyası

Həmçinin təlimin təşkilinin dörd forması vardır:fərdi iş, cütlərlə iş, qruplarla iş, kollektiv iş. 
Nitq inkişafı üzrə işin təşkili prosesində tətbiq edilən fəal/interaktiv təlimin üsulları. İnteraktiv təlim üsullarıçoxdur, təlim prosesində əqli hücum; klaster(şaxələndirmə); anlayışın çıxarılması; auksion; akvarium; müzakirə; rollu oyunlar; söz assosiasiyası;diskussiyası; debat; Venn diaqramı; BİBÖ; kublaşdırma;T-sxemlər; ideyalar xalısı, insert və s. tez-tez istifadə olunan üsullardır. 
Əqli hücum. Bu metoddan nitq inkişafı üzrə işin təşkilində problem situasiya, fikir müxtəlifliyi yarandıqda istifadə olunur. Belə şəraitdə şagird bir anlıq düşünməli olur, yoldaşlarının dedikləri ilə razılaşmadıqda, öz mövqeyini bildirir.
Klaster(Şaxələndirmə). Bu metoddan istifadə olunduqda şagirdlərin növ, cins anlayışları barədə təsəvvürləri aydınlaşır, öyrəndikləri bilikləri sistemləşdirmək, möhkəmləndirmək və əldə etdikləri yeni sözlər hesabına lüğət ehtiyatını zənginləşdirmək imkanı qazanırlar. 
Rollu oyunlar. Oxunan materiala aid rollu oyunlar şagirdlərin yaradıcı təxəyyülünü inkişaf etdirir, nitq bacarıqlarını inkişaf etdirir, onlarda ünsiyyət qurmaq vərdişləri yaradır.
Diskusiya (Müzakirə). Diskussiya həm müəllim, həm də şagirdlər üçün əhəmiyətli üsuldur. Çünki bu onların mövzudakı faktlara və hadisələrə münasibətinin necə olduğunu öyrənməyə imkan verir.
Debat. Debatlar üçüncü tərəfin irəli sürdüyü dəlillərlə digər iki tərəfi inandırmaq prosesidir.
Venn diaqramı (Mətnlərin müqayisəsi). Bu üsulun qrafik təsviri bir-biri ilə kəsişən iki və bir neçə dairədən ibarətdir. Bunun mahiyyəti odur ki, dairələrin kəsişdiyi yerdə hər hansı iki anlayışın oxşar, dairələrin özlərində isə anlayışların hər birinə məxsus fərqli cəhətlər yazılır.
BİBÖ. Bu hərflərin tam açılışı aşağıdakı mənanı verir: B - bilirəm, İB - istəyirəm bilim, Ö - öyrəndim.Bu üsul aşağıdakı mərhələlər üzrə aparılır:
a) problem müəllim tərəfindən elan edilir;
b) müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: - Bilirəm / İstəyirəm bilim / Öyrəndim.
c) şagirdlər oxu dərslərində tədris olunan mətndəki problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur;
d) həmin məsələ ilə bağlı bilmək istədikləri isə 2-ci sütuna yazılır;
e) dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mətnlə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.
Bu üsul nitq inkişafı üzrə işin təşkili baxımından çox əlverişlidir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin