Nitqin inkişafı üzrə işin elmi əsasları


Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasının dərk edilməsi



Yüklə 0,65 Mb.
səhifə19/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   15   16   17   18   19   20   21   22   ...   55
Nitq kopyası

1. Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olmasının dərk edilməsi. Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi olması təlim prosesində müəllim və şagirdlərin fəaliyyətini istiqamətləndirən mühüm amillərdən hesab olunur.
Düşünmə və öyrənmə proseslərində əldə olunmuş biliklər danışma vasitəsilə reallaşdırılır. Beləliklə, ünsiyyət prosesi formalaşır.
2. Nitq və dil bacarıqlarına yiyələnməklə nitq inkişafının təmin olunması. Ana dili təlimində əsas məqsədə nail olmaq üçün şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi, cümlə qurmaq vərdişlərinin formalaşdırılması, rabitəli nitq nümunələrinin hazırlanması mühüm istiqamətlər kimi diqqət mərkəzində saxlanılır.
3. Davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial bilik və bacarıqların mənimsənilməsi. Ədəbi dilin ən zəruri normaları ilkin olaraq ana dili fənni vasitəsilə öyrədilir. Bu proses ardıcıl olaraq digər fənlərin tədrisində də davam etdirilir.
Azərbaycan dili təliminin məzmununa ümumi təlim nəticələri, məzmun xətləri, əsas və alt-standartlar daxildir. İbtidai təhsil pilləsi üzrə ümumi təlim nəticələri aşağıdakı kimi müəyənləşdirilmişdir. Şagird:
• sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxuyur və savadlı yazır;
• dialoqa girir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
• oxuduğu və dinlədiyi mətnlərə münasibət bildirir;
• ayrı-ayrı mətnlərdən əsas faktları seçib qruplaşdırır, kiçikhəcmli mətnlər qurur;
• Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti, adət-ənənələri haqqında ilkin məlumatları sadə formada təqdim edir;
• lüğətlərdən, məlumat kitablarından, kataloqlardan istifadə edir.
Məzmun xətləri ümumi təlim nəticələrinin reallaşdırılması üçün müəyyən olunan fənn kurrikulumunun zəruri hissəsi olub, şagirdlərin əldə edəcəyi bilik və bacarıqları daha aydın təsvir etmək və onu sistemləşdirmək məqsədi daşıyır. Ana dili təliminin məqsəd və vəzifələrinə uyğun olaraq, məzmun xətləri təhsilin bütün pillələri üzrə aşağıdakı kimi təyin edilmişdir:
• Dinləyib - anlama və danışma
• Oxu 
• Yazı​
• Dil qaydaları

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin