Nitqin inkişafı üzrə işin elmi əsasları


Dil qaydaları üzrə işin nitqin inkişafı ilə əlaqələndirilməsi



Yüklə 0,65 Mb.
səhifə30/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   26   27   28   29   30   31   32   33   ...   55
Nitq kopyası

Dil qaydaları üzrə işin nitqin inkişafı ilə əlaqələndirilməsi 

14cü

  1. Nitqin morfoloji quruluşunun öyrənilməsinin nitqin inkişafına təsiri 

Morfolodiya Azərbaycan dili kursunda nitq inkişafı ilə bağlı ən maraqlı bəhslərdən biridir. Sözün tərkibi, quruluşu, əsas nitq hissələrinin(isim, sifət, say, əvəzlik, feil, zərf) tədrisi prosesində nitq inkişafının müəyyən istiqamətləri, xüsusən lüğət ehtiyatının zənginləşdirilməsi üzrə aparılan işlər böyük əhəmiyət kəsb edir. Hər bir nitq hissəsinin tədrisi prosesində yeni sözlərin düzəldilməsi, izahı, cümlə daxilində işlədilməsi, lüğətin fəallaşdırılmasına, dəqiqləşdirilməsinə kömək etdiyi kimi, şagirdlərin cümlə qurmaq vərdişlərinin imkişafına da kömək etmiş olur. Nitq hissəsinin tədrisində bu və ya digər nitq hissəsinin üslubi imkanları üzərində aparılan iş də nitq inkişafına xidmət edən mühüm istiqamətlərdən biridir. Morfologiya söz haqqında qrammatik təlimdir. Qrammatika isə cümlədə sözlərin dəyişməsi və birləşməsi qaydalarının məcmusudur. Burada sözlərin dəyişməsi morfologiya, birləşməsi isə sintaksisə aiddir. Ona görə də morfologiya ancaq sözlərin cümlədə dəyişməsi qaydalarından bəhs edir. Məsələn, leksik mənasıa görə gözəl yaraşıqlı sözünün sinonimidir, çirkin sözünün antonimidir. Fonetik cəhətdən gözəl sözündə iki sait, üç samit səs vardır. Sintaktik baxımdan isə gözəl sözü cümlədə təyindir. Morfoloji baxımdan isə gözəl sözü də, onun sinonimi və antonimi olan yaraşıqlı, çirkin sözləri əlamət bildirir, sifətdir, adi dərəcədədir, özündən sonra gələn ismə aiddir. Substantivləşdikdə hal, kəmiyyət və mənsubiyyət şəkilçisi qəbul edir və dəyişir. Sözdüzəldici şəkilçi qəbul edərək yeni sözlərin yaranmasına kömək edir: gözəllik, çirkinlik və s. Morfologiyanı keçərkən nitqdə düzəltmə sözlərdən yerində istifadə etməyi, sözləri düzgün oxumağı, hər bir nitq hissəsinə aid sözləri cümlədə işlətməyi bacarması şagirdin nitq inkişafından xəbər verir. Bəzən nitq inkişafını ana dilinin qayda-qanunlarını düzgün mənimsəmək kimi başa düşürlər ki, burada həqiqət var. Nitq inkişafını yalnız ana dilinin qayda-qanunlarını düzgün mənimsəmə ilə məhdudlaşdırmaq olmaz. Belə ki, şagirdlərin dil qaydalrını şüurlu dərk etmələri, onların nitq inkişafıüçün, yeni dil vahidlərini şüurlu mənimsəmələri üçün geniş imkanlar açır. Nitq inkişafı üzrə iş dil qaydalrının tədrisi prosesində daha səmərəli təşkil olunur. 
Nəzərə alsaq ki, Azərbaycan ədəbiyyatı nümunələri 11 nitq hissəsi əsasında yaradılır, o zaman nitq inkişafında həmin nitq hissələrinin nə qədər mühüm rol oynadığı aydınlaşır. Dil qaydalarının öyrənilməsi nitq inkişafı üzrə işə şüurlu yanaşmanı təmin edir, şagirdlərin nitqində yeni keyfiyyət dəyişmələri baş verir. Bu zaman onlar öyrənilən hər bir nitq hissəsinə aid çalışmaları asanlıqla yerinə yetirirlər. 
Dil qaydalarının tədrisi prosesində fonetik-orfoepik, fonetik-orfoqrafik, fonetik-leksik, lüğət-məntiqi, leksik-qrammatik, leksik-morfoloji, leksik-sintaktik, morfoloji-orfoepik, morfoloji-orfoqrafik, morfoloji-sintaktik çalışmalardan istifadə olunmasınitq inkişafı üzrə işin təşkilində mühüm yer tutur. 




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin