Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin sürəti, intonasiya, nitqin ifadəliliyi üzərində iş



Yüklə 0,65 Mb.
səhifə29/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
Nitq kopyası

Nitqin sürəti, intonasiya, nitqin ifadəliliyi üzərində iş

Nitqin sürətlənməsi üzərində iş nitqin normal vaxtda icra olunması nitq mədəniyyətinin mühüm şərtidir .Adətən kiçik yaşlıların əksəriyyəti sürətlə danışırlar.Onların danışığındakı tələskənlik tələffüzü pisləşdirir,bəzən səslərin ,hecaların, hətta və s. Səslərin düşməsinə səbəb olur.Nəticədə nitqin səsliliyi və dəqiqliyi pozulur.Yalnız orta nitq sürətində nitq səslərinin dəqiq, aydın tələffüz olduğundan tərbiyəçi uşaqları alışdırmalıdır.Bu məqsədlə o tələsik danışmamağa”mən başa düşmədim sənə nə lazımdır?Yavaş -yavaş de görüm”deyə müraciət edə bilir.Ola bilər tələb etsin uşaqdan özünün nitqin müşahidə etməsini tələb etsin .‟‟Gəl birlikdə kuklaya birlikdə, layla çalaq “ və s. Xorlu hərəkətli oyunların nitq hərəki mübarizələrin ( heyvan, həşərat ,quş başqa əşya şəkillərinə baxıb onlara müvafiq müxtəlif yüksəklikdə və sürətdə çıxarmaq təbiət hadisələrini yamsılamaq və s.) keçirilməsi də bu baxımdan çox faydalıdır.Səslənən nitqin ən mühüm keyfiyyəti onun ifadəliliyidir.
Səslənən nitqin ifadə vasitələrinin kompleksi olan intonasiyanın asağıdaki komponentləri var:
1.Melodika. Melodika söz və ifadənin tələffüzü prosesində səsin yuksəlməsi ve alçalması olmaqla, nitqə müxtəlif çalarlıq (musiqililik, yumsaqliq, incəlik və s.) verir, yorucu yeknəsəqliyi aradan qaldırır. 2.Suret. Cümlənin, mətnin məzmunundan asılı olaraq nitq fasilələrin iştirakı ilə tezləşir ve ya yavaşlayır.
3.Ritm. Hecaların ahəngdar şəkildə əvəzlənməsi ritm adlanır. Bu prosesde uzunluq ve qısalıq, yüksəklik ve alçaqlıq nezere alınır. 4.Məntiqi vurğu. Sözün və ya ifadələrin məzmundan asılı olaraq fasilələrlə, səsin yüksəlməsi ilə böyük gərginlik ve uzunluqla ayrılması məntiqi vurğu hesab olunur. Məntiqi vurğunun köməyi ilə cümlədə diqqətin yönəldilməsi zəruri olan söz və ya söz qrupu fərqləndirilir.Məntiqi vurğu eyni cümlədə dəyişməklə fikri müxtəlif mənada anlamağa imkan verir (uşaqlar səhər parka getdilər)
5.Tembr. Tembr nitqdə ekspressiv-emosional çalarlı, səs ve boyaları əks etdirən xüsusi keyfiyyətdir. Nitqdə müxtəlif hiss ve heyecanı verə bilmək üçün uşaqlar ifadəliliyin bu intonasiya vasitələrindən düzgün istifadə etməyi bacarmalıdırlar.
İntonasiya ifadəliliyinin belə vasitələri ünsiyyət prosesinde fikrin, emosional iradi münasibətlərin dəqiqliyini, tamlığını temin edir, ona əlavə məna verir.
Müşahidələr göstərir ki, neyinki uşaq bağçalarında, hətta ibtidai siniflərdə də uşaqların nitqi intonasiya cəhətdən nöqsanlı olur. Buna sebeb uşaqlarda nitq eşitmənin zəifliyi, nitqin müxtəlif cür pozulması, erkən yaşlardan onların nitqinin terbiyə edilməsi, xüsusi ile onun intonasiya cəhətinə laqeydlikdir.
Bunun nəticəsidir ki, bəzən uşaq "Xahiş edirəm, kitabı ver" cumlesini ele intonasiya ile deyir ki, "xahis edirem kitabı ver, yoxsa cırıb ataram" şəklində səslənir. Belə "ifadəlilik" nitqin kobudluğunu, nitq mədəniyyətinin olmadığını göstərir.
Tərbiyəçi kiçik qruplardan həmin nöqsanları aradan qaldırmaq məqsədi ilə, ilk növbədə şeir oxuyarkən, nağıletmə prosesində öz nitqinə yüksək tələbkarlıqla yanaşmalıdır. Çünki tərbiyyəçinin ifadəli, emosional nitqini eşitməklə uşaqlar da lazımi intonasiya seçə bilərlər.
Tərbiyyəçi qonağı gülərüzlə, şadlıqla, mehribanlıqla qarşılamağı; mülayim, nezakətlə, səmimi danişmağı; bayramlarda sevinc, iftixar hissi kecirməyi uşaqlara öyrətməlidir. Uşaqlar ictimai yerlərdə ucadan danışanda, başqalarını narahat edəndə üzr istəməyi bacarmalıdırlar. Bu vərdişləri uşaqlara aşılamaq o qədər də asan deyil. Ona görə də ictimai yerlərdə nitq mədəniyyəti, nitqin emosionallığı, məzmunundan asılı olaraq tonun seçilməsi haqqında valideynlərə məsləhətlər verilməlidir.
Məşğələlərdə intonasiya üzrə şifahi çalışmalar aparılmalı ve xorla tekrar edilməlidir. Gözəl, bəzəkli oyuncaq, əşya şəkli göstərib ona aid şeirin oxunması, rollar üzrə oxu, uşaqlar tərəfindən mənzərəyə, hadisəyə aid şeirin seçilməsi, əmək prosesi, anaya hədiyyənin hazırlanması ilə əlaqədar nağıletme, səhnələşdirmə və s. onlarda emosiya doğurur. Bu prosesdə intonasiya üzrə sadə məşqlər keçirilir. Şeirin oxunması, yaxud bir eşyanın, hadisənin təsviri prosesinde tərbiyəçi "daha nece demek olar?", "kim daha yaxsi oxuyar (deyər)?" şəklində suallar verməklə uşaqlarda sözə diqqətlilik tərbiyə edə biler


  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin