Nitqin inkişafı üzrə işin elmi əsasları



Yüklə 0,65 Mb.
səhifə3/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   2   3   4   5   6   7   8   9   ...   55
Nitq kopyası

Fiziologiya-nitq səslərinin düzgün tələffüzündəiştirak edən danışıq cihazının quruluşu və funksiyasını öyrənir. Məntiq təfəkkürün qanun və formaları haqqında elm kimi fikrin, əqli nəticənin düzgünlüyünü, ağlabatanlığını öyrənir və nitqlə reallaşır. “Nitq inkişafı üzrə işin metodikası” başqa elm sahələri ilə də müəyyən dərəcədə əlaqədardır, çünki bütün fənlərin tədrisi nitqlə həyata keçirilir.



  1. Dil, nitq və təfəkkür. Nitqin inkişafı anlayışı 

Dil xalqın varlığı, onun milli sərvətidir. Dil hər hansı məlumatı mənimsəmək üçün başlıca alətdir. 
Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir, nitq isə ünsiyyətin özüdür. Dil və nitq anlayışları bir-biri ilə qarşılıqlı əlaqədədır, bir-birinə qarşılıqlı təsir göstərir, bir-birini tamamlayır.Hər ikisi birbaşa insanların münasibəti, davranışı və nitqi ilə bağlıdır. Dil cəmiyyətdə insanlar arasında ünsiyyət vasitəsi olduğuna, cəmiyyətin bütün üzvlərinə eyni dərəcədə xidmət etdiyinə görə mövcuddur. Dil ünsiyyətin işarələr mexanizimidir. Nitq dil işarələrinin ardıcıllığıdır. Onlar bir-birinin varlığını şərtləndirir, ictimai-tarixi mahiyyət daşıyır.
Dil insan cəmiyyətinin varlığının ayrılmaz əlamətidir, bütövlüyün komponentidir. Dilin dörd: nominativ, kommunikativ, məlumatverici, və tənzimedici-funksiyası da məhz insan cəmiyyətinə xidmət edir. Dil, dil sistemi və nitq fəaliyyətinin birliyi sayəsində mövcuddur. O, fəaliyyət prosesində həyata tətbiq edilmirsə, cansızdır. Dilin ümumiliyi, universallığı, ünsiyyət vasitəsi və fikir mübadiləsi kimi cəhətləri onun praktik mahiyyətini göstərir.
Dil inkişafın məhsulu, nitq inkişafın mənbəyidir
Dil və nitq bir-biri ilə dialektik vəhdətdə olsa da, bir-birini tamamlasa da, onlar arasında müəyyən fərqlər mövcuddur:
✓ Dil ünsiyyət vasitəsi, nitq isə ünsiyyət prosesidir. Nitq insanlar arasında dil vasitəsilə həyata keçirilən fikir mübadiləsi və ünsiyyətn özüdür.
✓ Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir. 
✓ Dil həcimcə nitqdən genişdir.
✓ Dil ümumxalq, nitq fərdi səciyyə daşıyır.
✓ Nitq insan fikrinin ifadəçisidir, təfəkkürü formalaşdırır.
✓ Dilin əsas mahiyyəti ünsiyyət vasitəsi olmasıdır, nitqin əsas cəhəti məmnunluq, aydınlıq, mənalılıq, təsirlilik və dəqiqlikdir.
✓ Dil nitqin silahı və məhsuludur, kollektivin bəhrəsidir, məna ilə akustik obrazı birləşdirən işarələr sistemidir, nitq istəyin və fərdlərin ünsiyyət vasitəsi kimi dilin hər dəfə yenidən işlədilməsidir.
✓ Dil ictimai tarixi təcrübənin mövcudluğu, saxlanması və verilməsidir, nitqə adlandırmaq, ümumiləşdirmək və kommunikativ funksionallıq kimi əlamətlər xasdır.
✓ Dil ictimai, ümumi, nitq isə fərdi hadisədir. Nitq dil vasitəsi ilə fərdin öz fikrini ifadə etmə, anlama və qavrama aktıdır. Hər şəxsin öz danışıq manerası var. 
✓ Dil imkana, nitq gerçəkliyə uyğun gəlir. 
✓ Dil ümumi, nitq psixi və xüsusi hadisədir. 
✓ Dil sabit, nitq dinamikdir.
✓ Dil dilçiliyin, nitq psixologiyanın tədqiqat obyektidir. Nitq milli səciyyəlidir, millətin ayrılmaz əlamətidir. 
Nitq dilin kommunikativ keyfiyyətinin toplusu və sistemidir. Yüksək səviyyədə inkişaf etmiş nitq təfəkkürün inkişafı ilə sıx bağlıdır. İnsanlar nitq vasitəsilə həm öz fikirlərini bir-birinə çatdırır, həm də onların təfəkkürü nitqlə ünsiyyət prosesində təşəkkültapır, formalaşır. Tədqiqatçı-alimlər, metodistlər, psixoloqlar dil, nitq və təfəkkürün vəhdəti haqqında, nitq inkişafı haqqında xeyli tədqiqatlar aparmış və bunu əsaslandırmışlar. Digər tərəfdən, dil təfəkkürlə sıx vəhdətdə olduğuna görə ünsiyət prosesi kimi özünügöstərən nitq də təfəkkürlə sıx vəhdətdə olur. Şagird düşündüklərini ifadə edir, düşündükləri isə onun fikridir. Fikir təfəkkürün məhsuludur, nitq isə təfəkkürün sözlər vasitəsi ilə təzahürüdür. Buradan belə nəticə çıxır ki, nitqin inkişafı təfəkkürün inkişafı ilə əlaqəlidir. Ona görə də şagirdlərin nitqini inkişaf etdirmək üçün onların təfəkkürünü inkişaf etdirmək lazımdır. Digər tərəfdən təfəkkürün inkişafına səbəb olan amillərdən bir də nitqdir. Şagird nitq prosesində digərləri ilə ünsiyətdə olur, onları dinləyir, yeni- yeni anlayışlara, biliklərə yiyələnir. Bu anlayışlar, məfhümlar isə onun təfəkkürünü zənginləşdirir. Beləliklə, təfəkkür nitqin inkişafına, nitqin inkişafı isə təfəkkürün inkişafına səbəb olur. Dil, nitq və təfəkkürün inkişafı bir neçə ilin işi deyildir, bu şagirdin həyatı boyu davam edən bir prosesdir. İndiki şagird həyatı boyu yeni-yeni sözlər, anlayışlarla tanış olur ki, bu da onun nitq və təfəkkürünü inkişaf etdirir.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin