Nitqin inkişafı üzrə işin elmi əsasları


Nitqin forma və funksiyaları



Yüklə 0,65 Mb.
səhifə5/55
tarix16.12.2023
ölçüsü0,65 Mb.
#182557
1   2   3   4   5   6   7   8   9   ...   55
Nitq kopyası

Nitqin forma və funksiyaları 

Hər bir şəxs həyatı öyrənməkdə, biliklər əldə etməkdə və tərbiyə almaqda, başlıca olaraq, sözdən istifadə etdiyi üçün nitq özünü təlim və tərbiyə üzrə işin mühüm vasitəsi kimi göstərir. Nitqin inkişafı üzrə görülən işlər nitq mədəniyyəti üzrə görülən işlər kimi qiymətləndirilməlidir. Nitq və dil anlayışları nə qədər bir-birinə yaxın olsa da, onların arasında bərabərlik işarəsi qoymaq düzgün deyildir. Dil fonetik, qrammatik sistem və lüğət tərkibindən, yəni dil vahidlərindən təşkil olunur, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadəni reallaşdırır.
Nitqin dörd funksiyası mövcuddur. V.A.Artyomovbu məsələyə aydınlıq
gətirir: “ Dildən asılı olmayaraq bütün ölkələrin insanları verbal vasitələrlə: 1)
nəql edirlər; 2) sual edir və cavab verirlər; 3) başqalarını müəyyən hərəkətə,
vəziyyətə məcbur edirlər; 4) hay verirlər.
Nitqin funksiyasını aşağıdakı kimi xarakterizə etmək olar:
bir-biri ilə anlaşa bilən şəxslər nitq vasitəsi ilə fikirlərini bir
birinə söyləyir və bir-birini başa düşürlər;
onlar bir-birinə təsir göstərirlər;
öz hiss və həyəcanlarını ifadə edirlər;
düşünüb dərk etdiklərini həyatda yerinə yetirirlər.
Dilin mövcudluq forması olan nitq fəaliyyəti danışma, dinləmə, yazı və oxu proseslərini birləşdirir.Nitqin yazılı və şifahi, ümumi və fərdi, aktiv və passiv, monoloji və dioloji, zahiri və daxili növləri daha çox diqqəti cəlb edir.
Şifahi nitq tələffüz edilən eşidilərək qavranılan nitqdir . Nitqin şifahi forması
qədim dövrlərdən, hələ əlifba və yazı meydana gəlməmişdən xalq yaradıcılığı kimi insanlar arasında holavarlar, sayaçı sözləri, ağılar, atalar sözləri, zərb-məsəllər, qaravəlli, tapmaca, nağıllar, bayatılar, mahnılar, xalq oyun-tamaşaları şəklindəyayılmışdır. Adətən, ibtidai siniflərdə şagirdlərin şifahi nitqi onların yazılı nitqindən zəngin olmaqla təlim prosesində mühüm yer tutur. Şagirdlər yeni biliklərə məhz şifahi nitq vasitəsilə yiyələnirlər. Şifahi nitq tədricən yazılı nitq üçün möhkəm əsas yaradır.
Yazılı nitq ünsiyyətin yazılı mətnlərin köməyi ilə həyata keçirilməsi və görmə vasitəsilə qavranılmasıdır.Yazılı nitq meydana gəldiyi gündən(XIII əsr)
müasir dövrümüzə qədər çox uzun tarixi təkmilləşmə yolu keçmişdir.
Şifahi nitq eşitmə qavrayışı üçün müəyyənləşdirilmiş səsli nitq, yazılı nitq isə görmə qavrayışı üçün müəyyənləşdirilmiş qrafik nitqdir. Bu duyğular şagirdlərin oxumaq, yazmaq, düzgün danışmaq bacarığının inkişafı üçün böyük əhəmiyyətə malikdir.Şifahi və yazılı nitq qarşıda duran vəzifədən asılı olaraqünsiyyətin iki formasıdır.
Nitqin ümumi növü dedikdə, hamının eşidib, başa düşəcəyi nitq, fərdi nitq dedikdə isə hər kəsin özünəməxsus nitqi nəzərdə tutulur. Nitqdən istifadənin aktiv və passiv növləri də vardır ki, bu da nitqdən intensiv istifadənin olub-olmamasını göstərir.
Nitq üçün monoloji və dialoji formalar səciyyəvidir.
Monoloji nitqdə bir nəfər danışır, başqaları onu dinləyirlər. Monoloji nitq dinləyicilərlə ünsiyyət formasıdır. Monoloji nitq hər hansı bir müəyyən məsələ, fikir, ideya, xəbər və s. haqqında bir nəfərin rabitəli, ardıcıl, qismən geniş məlumatıdır.
Bu nitq növü mühazirə, məruzə, çıxış, məqalə, məktub, məlumat, şagirdlərin cavabları və s. şəkillərdə təzahür edir.
Dialoji nitq. Dialoq sözü yunan mənşəli olub, dia–“iki” və loqos “elm, nəzəriyyə” sözlərindən yaranmışdır. Dialoq, ümumiyyətlə, “iki və ya daha artıq şəxs arasında gedən söhbət” deməkdir, ədəbi əsərlərdə “İki şəxsin söhbəti şəklində yazılmış hissə” mənasındadır. Dram əsərləri dialoqlar şəklində qurulur. Dialoji nitqdə əsas yeri iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi tutur.




  1. Yüklə 0,65 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin