Nizami SÜleymanov


§ 5.2. XVIII əsrin əvvəllərində Azərbaycanın beynəlxalq



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə29/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   55
DERSL-K-1501-1736

 
§ 5.2. XVIII əsrin əvvəllərində Azərbaycanın beynəlxalq 
rəqabət meydanına çevrilməsi 
XVIII əsrin əvvəllərində Şah Hüseynin (1694-1722) ha-
kimiyyəti dövründə dərin iqtisadi və siyasi böhran, idarəçilikdə 
özbaşnalıq, həyata keçirilən vergi islahatları nəticəsində 
vergilərin 3 qat artması, yerli hakimlərin özbaşınalığı, mərkəzi 
hakimiyyətə tabe olmaması, əhalini soyub-talaması, Azərbay-
canda 7 il quraqlığın baş verməsi, ölkənin ayrı-ayrı bölgə-
lərində baş verən üsyanlar Səfəvi dövlətinin tənəzzülünə səbəb 
olurdu. 
Səfəvi dövlətində baş verən hadisələri çar Rusiyası və 
Osmanlı dövləti diqqətlə izləyirdilər. I Pyotrun dövründə Qaf-
qazın işğal edilməsi ilə əlaqədar geniş plan hazırlanmışdı. Bu 
dövrdə Rusiyanıın iqtisadi və siyasi cəhətdən möhkəmlənməsi 
şimaldan gələn təhlükəni daha da artırırdı. I Pyotr Qara dənizə 
çıxmaq uğrunda Osmanlı dövləti ilə apardığı uğursuz (1711-ci 
il Prut müqaviləsi) müharibədən sonra Şərq siyasətində əsas 
diqqətini Xəzər dənizinə çıxmağa yönəltmişdi. Rusiya dövləti 
Volqa-Xəzər ticarət yolunu nəzarətə götürməklə Şərq ölkələri 


105 
ilə ticarət əlaqələrini genişləndirməyə, Xəzər sahillərini ələ 
keçirməklə inkişaf etməkdə olan sənayesini Azərbaycanın 
xammal ehtiyatları ilə təmin etməyə çalışırdı. Lakin İsveç döv-
ləti ilə müharibəyə başı qarışdığına görə Qafqaz istiqamətində 
yürüşə başlaya bilməyərək kəşfiyyat xarakterli tədbirlər 
görürdü. I Pyotr 1714-cü ildən 1715-ci il mayın 30-na qədərki 
müddət üçün Səfəvi dövlətinə elçi kimi göndəriməsi haqqında 
A.P. Voliniskinin fərmanını verdi və ona İsfahana Azərbaycan-
dan, xüsusilə Şirvandan keçərək getməsi, keçdiyi yerlərin 
xəritəsini tərtib etməyi, hərbi məqsədlə tikilmiş müdafiə qur-
ğuları haqqında məlumat toplamağı, xristianlarla əlaqə 
yaratmağı və Rusiyanın ticarət imkanlarını müəyyən etməsi 
tapşırılmışdı. Rusiya gələcəkdə Xəzər dənizinin mühüm liman-
larını, Dərbənd, Bakı, Şamaxı, Rəşt şəhərlərini ələ keçirməyi 
nəzərdə tuturdu. Bununla Volqa-Xəzər ticarət yolunu tutmaqla 
Qərb ilə Şərq arasındakı ticarətdə vasitəçilik etməyi plan-
laşdırırdı. 
A.P.Volinski 1716-cı il iyulun 13-də Həştərxana gəldi, 
buradan N iyazabada yola düşdü. N iyazabaddan gəmilərlə 
Şamaxıya gələrək 3 ay Şamaxıda qaldı. Şirvan bəylərbəyi Xos-
rov xan rus elçisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər 
gördü. 1716-cı il dekabrın 7-də İsfahana yola düşərək 1717-ci il 
martın 14-də Səfəvilər dövlətinin paytaxtı İsfahana çatdı. Şah 
Hüseyn tərəfindən qəbul edildikdən sonra baş vəzir Fətəli xanla 
danışıqlar apardı. Danışıqlar Rusiya və Səfəvi dövləti arasında 
ticarət müqaviləsi bağlamaq ətrafında getsə də A.P.Volinski 
Səfəvi dövlətinin daxili vəziyyəti haqqında gizli məlumatlar 
toplayaraq çar Rusiyasına ötürür və öz hökümətini Cənub 
istiqamətində yürüşə hazırlamağa təhrik edirdi. 1717-ci il 
iyunun 30-da Rusiya ilə Səfəvi dövləti arasında ticarət müqa-
viləsinin layihəsi haqqında razılıq əldə olundu. Müqaviləyə 
əsasən rus tacirlərinə Şirvan və Xəzərboyu əyalətlərdə sərbəst 
ticarət və güzəştli gömrük hüquqları verilirdi. Rus tacirlərinin 
əsasən yerləşdiyi, Şərq ölkələrindən və Hindistandan gətirilən 


106 
malları bu bölgələrdən aldıqları üçün Şirvan bəylərbəyinə rus 
tacirlərinə şərait yaradılması haqqında şah xüsusi fərman 
göndərdi. 
A.P.Volinski ticarət müqaviləsi bağladıqdan sonra karvan 
yolu ilə Rəştə getmək, Gilan haqqında kəşfiyyat xarakterli 
tapşırıqları da yerinə yetirərək oradan Həştərxana qayıtmaq 
istəyirdi. Onun məqsədini başa düşən şah hökuməti ona gəldiyi 
yolla qayıtmağa icazə verdi. 1717-ci il dekabrın 17-də Şa-
maxıya çatan rus elçisi burada 8 ay qaldı. O, Şamaxıda olarkən 
xristianlarla sıx əlaqə yaratdı, VI Vaxtanqın göndərdiyi nüma-
yəndə ilə görüşdü. Dərbənddən gələn erməni tacirləri Dərbənd 
qalasının planını da ona çatdırdılar. A.P.Volinski Şamaxıdan 
Həştərxana gedən karvan yolları haqqında məlumat toplamaq 
üçün heyət üzvlərinin bir hissəsinin Həştərxana quru yolla 
getməsinə nail oldu. 
Səfəvi dövlətində vəziyyətin getdikcə ağırlaşması I Pyot-
run Xəzər dənizi hövzəsində fəaliyyətini daha da genişlən-
dirirdi. O xüsusi ekspedisiya göndərərək Xəzərin qərb sahil-
lərinin topoqrafik xəritəsini tərtib etməyi tapşırdı. 
Ekspedisiya Xəzər dənizinin şimal-qərb sahillərinin xəri-
təsini tərtib etdikdən sonra cənub istiqamətində irəliləyərək 
Bakı sahillərini tədqiq edərək Astrabada qədər Xəzər sahil-
lərinin xəritəsini çəkdilər.
Bu zaman Ə fqan tayfalarının Xorasandan ölkənin içə-
rilərinə doğru irəliləməsi, Şirvanda Hacı Davudun başçılığı ilə 
isə baş vermiş hərəkat çar Rusiyasının işğalçılıq planlarını 
həyata keçirməyə şərait yaratdı. Hacı Davud Qazıqumuxlu 
Surxay xanla birləşərək Şirvanı ələ keçirmək, Səfəvi dövlətinin 
bu bölgədəki hakimiyyətinə son qoyaraq müstəqil dövlət 
yaratmaq uğrunda mübarizəyə başladı. Şamaxı, Dərbənd və 
Bakı uğrunda döyüşlərdə müvəffəqiyyət qazana bilməyən Hacı 
Davud Rusiya dövlətinə hərbi kömək göstərməsi üçün müraciət 
etdi. Hacı Davud Dağıstandan gələn əlavə qüvvələrin və 
Şamaxının sünni əhalisinin köməyi ilə 1721-ci ilin avqustunda 


107 
Şamaxını ələ keçirdi. Şamaxıda törədilən dağıntı və qarətlər 
nəticəsndə xarici ökədən gələn tacirlərlə bərabər rus tacirlərinin 
malları qarət edildi. Hacı Davudun başçılığı ilə üsyançılar 
Gəncə, Qarabağ ərazilərində də talanlar törətdilər. Hacı 
Davudun A.P.Volinski (Həştərxan qubernatoru, Rusiyanın İsfa-
handa keçmiş elçisi) ilə məktublaşmasından Rusiya dövlətinə 
məlum oldu ki, Hacı Davud Rusiyanın himayəsinə keçmək 
arzusunda olmayıb, Şirvanda müstəqil dövlət yaratmaq fikrin-
dədir. Bu, Rusiyanın işğalçılıq planla rına cavab vermədiyinə 
görə I Pyotr Səfəvi dövləti ilə dostluq münasibətlərini, Şama-
xıda rus tacirlərinin üsyançılar tərəfindən qarət olunmasını 
bəhanə gətirərək Şirvana yürüş etməyi qərara aldı. 
Rusiyanın planından xəbər tutan Hacı Davud Osmanlı 
dövlətinə hərbi kömək göstərməsi ilə əlaqədar müraciət etdi. O, 
həmçinin Osmanlı dövlətinin himayəsinə keçməyi də öhdəsinə 
götürdü. Bununla əlaqədar A.P.Volinski I Pyotra yazırdı ki, 
“Davud bəy (Hacı Davud) və Surxay...özlərinin Türkiyə təbəə-
liynə qəbul olunmalarını və Şamaxını müdafiə etmək üçün 
qoşun göndərilməsini Krım xanı vasitəsi ilə Türkiyə Sulta-
nından xahiş etmişlər”. 
Rusiyanın Cənubi Qafqazda işğalçılıq planları Osmanlı 
dövlətini narahat edirdi. Cənubi Qafqazdakı xalqların əksəriy-
yəti ilə Osmanlı dövlətini soy-kök və din birliyi yaxınlaşdır-
dığına görə bu dövlətin bölgədə böyük nüfuzu var idi. Rusi-
yanın türk və müsəlman xalqlarını öz əsarəti altına almaq siya-
sətini Osmanlı dövləti böyük həyəcanla izləyir və hərbi hazırlıq 
tədbirləri görürdü. Rusiya dövləti isə bu əraziləri ələ keçirmək 
üçün regionda türk və müsəlman xalqları ilə müqayisədə çox 
azlıq təşkil edən gürcüləri və cənubi Qafqaza sonradan gəlmiş 
erməniləri alətə çevirirdi. I Pyotr Rusiyanın Səfəvi dövlətindəki 
konsulu G.Abramova yazırdı ki, biz mütləq dəniz sahillərinə 
sahib olmalıyıq, türkləri buraya buraxa bilmərik. 
Rusiyanın Xəzər sahillərində möhkəmlənmək niyyətindən 
narahat olan Osmanlı dövləti Hacı Davudla əlaqə yaradaraq 


108 
1722-ci ilin dekabr ayında onu Osmanlı dövlətinin himayəsinə 
qəbul etdi. Hacı Davud İstanbula gedib Sultan Əhmədlə 
görüşdü. O, Sultan Əhməddən Şirvanın hakimi olmaq haqqında 
razılıq aldı. Şirvana qayıtdıqdan sonra əsasən qarətçiliklə məş-
ğul olan Qazıqumuxlu Surxay xanı Şirvandan çıxararaq Şir-
vannın müstəqil hakimi oldu. 
Osmanlı dövlətinin cənubi Qafqazda möhkəmlənmək 
siyasətini Fransa dövləti müdafiə edirdi. Fransa Rusiyanın 
Cənubi Qafqazda və Xəzər körfəzində möhkəmlənməsini istə-
mirdi. Türkiyə ilə münasibətləri gərgin olan İngiltərə hökuməti 
də Rusiyanın Xəzər dənizi sahillərində möhkəmlənməsinə 
İngiltərənin Yaxın Şərq siyasətinə maneə kimi baxırdı. Ona 
görə də İngiltərə Türkiyənin cənubi Qafqazda və Xəzər sahil-
lərində möhkəmlənməsinin tərəfdarı idi. 
Səfəvilər dövlətinin tənəzzülü, ölkədə yaranmış böhranlı 
vəziyyət Azərbaycanın beynəlxalq rəqabət meydanına çe-
virməsinə gətirib çıxardı. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin