Heydər ƏLİYEV
GİRİŞ
1501-ci ildə əsası Şah İsmayıl tərəfindən qoyulmuş
Azərbaycan Səfəvi dövləti 1736-cı ilədək mövcud olmuş, XVI-
XVII yüzilliklərdə beynəlxalq münasibətlər sistemində önəmli
yer tutmuş, Şərq-Qərb iqtisadi-siyasi əlaqələrinin qurulmasında
mühüm rol oynamışdır. Mərkəzləşdirilmiş Azərbaycan dövləti-
nin yaradılmasına nail olmaqla sosial- iqtisadi inkişafın müxtəlif
pillələrində olan, dil, mədəniyyət və din baxımından müxtəlif
olan bir çox xalqları vahid dövlət hakimiyyətində birləşdirmiş,
ölkədə iqtisadiyyatın və mədəniyyətin inkişafını daha da
sürətləndirmişdir. Səfəvi dövlətinin mövcudluğu dövründə
Azərbaycanın və Azərbaycan xalqının Yaxın və Orta Şərqdə ən
güclü etnosiyası amil kimi tarix səhifəsində rolu artmış, xal-
qımızın müstəqillik və azadlıq ruhu daha da möhkəmlənmiş,
qüdrətli və möhtəşəm dövlətçilik ənənəsi yaranmışdır.
Təəssüflər olsun ki, dövlətçilik tariximizin bu şanlı səhi-
fəsi uzun müddət xarici ölkələrin tədqiqatçıları tərəfindən məq-
sədli şəkildə saxtalaşdırılmış və öz dövlətlərinin məkrli siya-
sətlərinin təsiri ilə təhrif edilmişdir. Sovet rejimi dönəmində də
sovet ideoloqlarının təzyiqi ilə Səfəvi dövlətinin tarixi ob-
yektiv, geniş və hərtərəfli tədqiqatdan məhrum olmuşdur.
Milli tariximizin dərindən və hərtərəfli öyrənilməsi, tarixi
həqiqətlərə obyektiv baxış ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin müs-
təqil dövlət quruculuğu xəttini yaradıcılıq və ləyaqətlə davam
etdirən İlham Ə liyevin göstərdiyi kimi “Respublikamızın döv-
4
lət müstəqilliyinin bərpasından sonra tarixi həqiqətlərə obyektiv
baxış imkanlarının yaranması xalqımızın keçmişinin müasir
tələblərə uyğun və azərbaycançılıq məfkurəsi işığında öy-
rənilməsi baxımından alimlərimiz qarşısında yeni perspektivlər
açmaqla mühüm vəzifələr irəli sürülmuşdür”.
Həqiqətən də tarixçilərimiz müstəqilliyimizin bərpasından
sonra sovet rejiminin diktə etdiyi konsepsiyalardan, qoyduğu
yasaq və qadağalardan xilas olaraq tariximizin obyektiv, real
zəmində araşdırılmasına başlamış, sovet dövründə saxtalaşdırıl-
mış problemlərin tarixi gerçəklik əsasında araşdırılmasına
diqqət yönəltmişlər. Nəticədə Azərbaycan Səfəvi dövlətinin
tarixinin tədqiqində obyektivlik bərpa edilmiş və bu istiqamətdə
uğurlu araşdırmalar aparılmış və bir sıra elmi əsərlər işıq üzü
görmüşdür. Dərs vəsaiti hazırlanarkən həmin əsərlərdən istifadə
edilmişdir.
Məlum olduğu kimi XV əsrin sonunda Azərbaycan əra-
zisində Ağqoyunlu və Şirvanşahlar dövlətləri mövcud idi.
Bayandur şahzadələri arasındakı çəkişmələrdən, müharibələr-
dən əziyyət çəkən Azərbaycan xalqı mərkəzləşmiş dövlət yarat-
maq uğrunda mübarizədə Səfəviyyə hərəkatına qoşularaq 1499-
cu ildə Ərdəbil şeyxlərinin varisi İsmayılın ətrafında birləşərək
siyasi mübarizəyə başladılar. 1500-cü ilin yazında qızılbaşlar
İsmayılın başçılığı ilə Şirvanşah Fərrux Yasarın, 1501-ci ilin
ortalarında Şərur düzündə Əlvənd Mirzənin ordularını
məğlubiyyətə uğradaraq 1501-ci ilin payızında Təbrizə daxil
olub Azərbaycan Səfəvilər dövlətinin əsasını qoydular.
Şah İsmayıl 1503-cü ilin yazında Murad Mirzəni məğlu-
biyyətə uğratmaqla Fars və İraq- i Əcəmin böyük bir hissəsini,
1508-ci ilə qədər Xorasan istisna olmaqla İran torpaqlarını,
1510-cu il dekabrın 1-də Şeybani xanın qoşunlarını darmadağın
edərək Xorasanı ələ keçirdi. Beləliklə, I Şah İsmayıl ələ
keçirdiyi bu ölkələrdə siyasi birlik yaratmaqla Şərqdə böyük bir
imperatorluq yaratdı. Bu dövlət Yaxın və Orta Şərqin qüdrətli
dövlətləri Osmanlı, Böyük Moğol və Şeybanilər dövlətləri ilə
5
yanaşı yaşamağa və rəqabət aparmağa qadir olan bir dövlətə
çevrildi.
Azərbaycan Səfəvi dövləti həyata keçirdiyi tədbirlər
nəticəsində XVI-XVII əsrlərdə ölkənin hərbi-siyasi qüdrətini
möhkəmləndirdi, iqtisadiyyatın əsas sahələri olan kənd təsərrü-
fatının, sənətkarlıq sahələrinin, daxili və xarici ticarətin in-
kişafında mühüm irəliləyişlərə nail oldu. Nəticədə ölkənin icti-
mai, iqtisadi, siyasi və mədəni həyatında böyük dəyişikliklər
baş verdi. Qərbi Avropa ölkələri və Rusiya dövləti ilə qarşılıqlı
münasibətləri inkişaf etdirərək diplomatik və ticarət əlaqələrini
daha da genişləndirdi.
|