19
ladılar. Əlvənd Mirzə Ərzincana qaça bildi. Q ızılbaşlar böyük
qənimət əldə etdilər.
1501-ci ilin payızında İsmayıl döyüşsüz Təbrizə daxil
oldu. Öz adına xütbə oxudaraq sikkə kəsdirdi. Beləliklə Azər-
baycan Səfəvilər dövlətinin əsasını qoyaraq özünü şah elan etdi.
Səfəvi
dövlətinin ərazisi Şirvan, Qarabağ, Naxçıvan,
Muğan və Qızılüzən çayına qədər Cənubi Azərbaycanın torpaq-
larını əhatə etdi. Beləliklə, İsmayıl Şirvanşahların və Ağ-
qoyunluların Azərbaycan ərazisindəki hakimiyyətlərinə son
qoyaraq güclü mərkəzi hakimiyyətə malik bir dövlət yaratdı.
Azərbaycan Səfəvi dövlətinin etnik və mədəni birliyə ma-
lik çoxluğunu və hərbi-siyasi əsasını
Azərbaycan türkləri təşkil
edirdi. Mühüm dövlət vəzifələri, əyalət hakimləri Azərbaycan
əyanları idi. XVI əsrin ortalarında yüksək vəzifəli 74 əmirdən
64-ü Azərbaycan türkü idi. Sarayda, orduda əsas danışıq dili
Azərbaycan dili idi.
Dostları ilə paylaş: