8
soyurqal sahibləri vergidən azad olub inzibati- məhkəmə im-
tiyazına malik idilər. Torpaqların iri feodalların əlində mər-
kəzləşməsi separatizmi daha da gücləndirirdi.
Göründüyü kimi mərkəzləşmiş dövlətin yaradılması əha-
linin geniş təbəqələrinin mənafeyinə uyğun gəlirdi.
Mərkəzləşmiş dövlətin yaradılması xarici təhlükədən
müdafiə baxımından zəruri idi. Feodal pərakəndəliyi və özbaşı-
nalığı mərkəzi hakimiyyəti zəiflətdiyinə, dövlətin hərbi gücünə
mənfi təsir göstərdiyinə görə dövlətin xarici müdaxiləyə qarşı
müqaviməti zəifləyirdi.
XV yüzilliyin son illərində Bayandur şahzadələri ara-
sındakı çəkişmələrdən, savaşlardan əziyyət çəkən və nəticədə
mərkəzləşmiş dövlətə ehtiyac hiss edən Azərbaycan xalqının
Səfəviyyə cəmiyyətinin irsi şeyxi olan İsmayıla rəğbəti gündən-
günə artırdı. Azərbaycanın ayrı-ayrı hakimlər arasında
bölünməsi, vilayətlər arasında təsərrüfat əlaqələrinin zəifləməsi,
məhsuldar qüvvələrin inkişafının ləngiməsi ilə əlaqədar olaraq,
artıq xalqın qüvvətli dövlət hakimiyyətinə ehtiyac hissi artırdı.
Belə bir vaxtda İsmayılın bayrağı altında Azərbaycanı yenidən
birləşdirmək uğrunda böyük bir siyasi hərəkat başlandı.
XV yüzilliyin sonlarında pərakəndəliklə səciyyəvi olan
ara müharibələrinin ölkə miqyasında iqtisadi həyata vurduğu
dağıdıcı zərbələrdən bütün xalq kütləsi, xüsusilə mülk sahibləri,
rəiyyət, sənətkarlar, tacirlər əziyyət çəkmiş, müflisləşmiş və elə
buna görə də onların çoxu mərkəzləşmiş dövlət yaratmaq
uğrunda mübarizədə Səfəviyyə hərəkatına qoşulurdular.
Dostları ilə paylaş: