113
Rusiya Xəzəryanı ərazilərdə öz işğalçılıq planlarını geniş-
ləndirirdi. İstanbul sülhündən sonra başlanan Osmanlı- Rusiya
danışıqları 1726-cı ildə Şamaxı şəhəri yaxınlığındakı Mabur
kəndində hər iki dövlət arasında sərhədləri müəyyən etməklə
razılaşıldı. Həmin ildən başlayaraq rus qoşunları Müşkür,
Niyazabad, Cavad, Salyan, Lənkəran, Astara, Q ızılağac, Talış
dağlarının bir hissəsini, 1727-ci ildə Şeşpara, Rustovu, 1728-ci
ildə isə Quba və Təngəni ələ keçirdilər.
Çar Rusiyası ilk vaxtlar yerli idarəçilik sistemini ləğv
edib komendant idarəçiliyi yaradırdısa da, 1726-cı ildən sonra
knyaz V.V.Dolqorukinin komandanlığı ilə həmin işğal ərazi-
lərində ümumi idarəçilik yaratdılar.
V.V.Dolqorukin hərbi və mülki hakimiyyətə malik idi.
Rus idarəçiliyi yaratmaqla çarizm işğal etdiyi ərazilərin kapital
ehtiyatlarını Rusiya sənayesinin inkişafına yönəltməyə çalışırdı.
Ona görə həmin ərazilərdə
ipəkçiliyi,
pambıqçılığı,
tütünçülüyü, şərabçılığı inkişaf etdirmək istiqamətində tədbirlər
həyata keçirirdi. Həmçinin neft hasilatını artırmaq, qızıl, gü-
müş, mis mədənlərini aşkara çıxarmağa çalışırdı. Rusiya hö-
kuməti həmçinin Azərbaycan və Şərq ölkələri ilə geniş ticarət
əlaqələri yaratmaq üçün Xəzərsahili liman şəhərlərindən
istifadə edərək Volqa-Xəzər ticarətini daha da inkişaf etdirmək
istəyirdi. Xüsusi ilə Bakını şərq ticarətinin mərkəzinə çevirmək,
əsas ticarət işlərini erməni və rus tacirlərinin əlində birləş-
dirməyi nəzərdə tuturdu.
Dostları ilə paylaş: