Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə31/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
DERSL-K-1501-1736

 
 
§ 5.4. Azərbaycan torpaqları
Osmanlı hakimiyyəti altında 
Osmanlı dövləti ilə çar Rusiyası arasında münasibətlər 
gərginləşirdi. Rusiyanın Qara dəniz uğrunda apardığı uğursuz 
müharibə Osmanlı dövləti ilə 1711-ci il noyabrın 5-də Prut 
müqaviləsi ilə nəticələnmişdi. Ona görə də Rusiya Xəzər 


114 
dənizinin sahil ərazilərini ələ keçirmək istəyərkən Osmanlı 
dövlətindən ehtiyat edirdi. Çünki, Çar Rusiyası kimi Osmanlı-
lar da Azərbaycan ərazilərini tutmaq istəyirdi. Cənubi Qafqazın 
hərbi-strateji əhəmiyyəti, tranzit ticarət yollarının Azərbay-
candan keçməsi Osmanlı imperiyasını da çox maraqlandırırdı. 
Rusiyanın Qafqazda və Xəzəryanı ərazilərdə möhkəmlənməsi 
Osmanlı dövlətinin mənafeyinə uyğun gəlmirdi. Rus qoşun-
larının Dərbənddən cənub istiqamətində hərəkəti və Xəzərboyu 
ərazilərdə yaydığı manifestin məzmunu I Pyotrun işğalçılıq 
niyyətini aydın göstərirdi. Osmanlı dövlətinin baş vəziri İbrahim 
Paşa Rusiyanın İstanbuldakı konsulu İ.Nepluyev və 1722-ci ilin 
noyabr ayında Xəzəryanı torpaqların tutulması ilə əlaqədar etiraz 
bəyanatı verdi. Bəyanatda Osmanlı sarayı I Pyotrdan Səfəvi 
ərazisini tərk etməsini tələb edirdi. 
1722-ci ilin oktyabr ayında Osmanlı dövləti Hacı Da-
vudun Şirvan üzərində hakimiyyətini tanıyaraq Krım xanı 
hüququnda vassal hökmdar hüququ verdi. 
İngiltərə dövləti də Rusiyanın Xəzəryanı ərazilərində 
möhkəmlənməsini istəmirdi. Rusiyanın bu bölgəni ələ keçir-
məsi İngiltərənin ticarət və müstəmləkə maraqlarını təhlükə 
altına alırdı. Ona görə İngiltərə Osmanlı dövlətini Cənubi 
Qafqazda Rusiyaya qarşı müharibəyə təbrik edir və ona mü-
haribəyə başlayacağı halda maliyyə yardımı göstərməyi vəd 
edirdi. Hətta buna görə Osmanlı dövlətinə diplomatik təzyiq də 
göstərməkdən çəkinmirdi. 
Sultan Rusiyanın Qafqazda həyata keçirdiyi yürüşlərə 
qarşı hərbi hazırlıq işləri görürdü. 1722-ci il sentyabrın 12-də 
Tiflis şəhəri ələ keçirildi. 1723-cü ilin yazında Ərzurum paşa-
sının komandanlığı ilə türk ordusu Kartlı və Kaxetiyaya daxil 
oldu. Osmanlı ordusu İrəvan, Gəncə və Naxçıvan istiqamətində 
hərəkət etdi. Yaranmış vəziyyət Rusiya ilə müharibəyə səbəb 
ola bilərdi. Lakin İsveçlə müharibəni yeni başa vurmuş çarizm 
üçün Türkiyə ilə müharibə başlanması təhlükəli idi. I Pyotrun 
osmanlılara qarşı əfqanların başçısı Mir Mahmudla yaxınlaşma 


115 
cəhdi və türklərə qarşı yardım təklifi baş tutmadığından 
Osmanlı dövləti ilə barışıq yoluna əl atdı. Danışıqlar nəti-
cəsində 1723-cü ilin payızında hərbi əməliyyatlar dayandırıldı. 
Rusiya ilə Osmanlı dövləti arasında danışıqlar İngiltərə və 
Fransa dövlətlərinin təzyiqi ilə uzansa da, 1724-cü il iyulun 12-
də İstanbulda müqavilə imzalandı. Müqaviləyə görə Türkiyə 
Rusiyanın işğal etdiyi Xəzərsahili əraziləri “İran tərəfindən 
Rusiyaya güzəşt edilmiş kimi” təsdiq etməklə həmin əraziləri 
Rusiyanın təsir dairəsi kimi tanıdı. Qazvində şah elan edilən II 
Təhmasibə taxt-tacı geri almaqda kömək etmək şərti ilə Bakı, 
Dərbənd, Gilan, Mazandaran, Astrabad Rusiyaya verildi. 
Rusiya isə İrəvan da daxil olmaqla Azərbaycanın Xəzəryanı 
əyalətlər istisna olmaqla bütün ərazilərinin və Gürcüstanın 
Osmanlı dövləti tərəfindən işğal edilməsinə razılıq verərək 
Türkiyənin təsir dairəsi elan etdi. Müqaviləyə görə Şirvanın 
Xəzərsahili hissəsindən başqa qalan əraziləri Türkiyənin 
himayəsi altında yarımmüstəqil xanlıq kimi tanındı. Lakin 
Türkiyə bu ərazidə qoşun saxlaya bilməzdi. Hətta bu ərazidə 
baş verən münaqişə zəminində Rusiyanın razılığı olmadan 
Türkiyə bura qoşun yeridə bilməzdi. Göründüyü kimi, İstanbul 
müqaviləsi Rusiya üçün 1723-cü il 12 sentyabr tarixli Peterburq 
müqaviləsinin şərtlərini təsdiq etməklə bərabər Xəzərboyu 
ərazilərə türk qoşunlarının gəlməsinin qarşısını alırdı. Bu 
müqavilə Osmanlı dövlətinə nəinki bütün Azərbaycan və 
Gürcüstan torpaqlarını, həmçinin Səfəvilər dövlətinin digər 
ərazilərini ələ keçirməyə şərait yaratdı. Altı maddə və bir 
əlavədən ibarət olan müqavilə ilə Azərbaycan torpaqları və 
Səfəvi dövlətinin bəzi əraziləri Rusiya və Türkiyə arasında 
bölüşdürüldü. 
İstanbul danışıqlarının sonunda Osmanlı ordusu hücum 
əməliyyatlarına yenidən başladı. 1724-cü ilin aprelində Osman-
lı ordusunun bir hissəsi Vandan Azərbaycana doğru, may 
ayında Arifi Əhməd paşanın komandanlığı ilə Tiflisdən İrəvan 
istiqamətində hərəkət etdi. İyunun 24-də İrəvan qalası mü-


116 
hasirəyə alındı, üç aydan çox İrəvan qalasının müdafiəçiləri 
müqavimət göstərdilər. Oktyabrın 7-də İrəvan qalası Osmanlı 
qoşunu tərəfindən ələ keçirildi. 1724-cü ilin yayında Osmanlı 
ordusu Salmas, Xoy və Mərəndi ələ keçirərək Təbrizə 
yaxınlaşdı. 1724-cü il avqustun 31-də Osmanlı ordusunun 
Təbrizi ələ keçirmək cəhdi uğursuz oldu. Qışın yaxınlaşması ilə 
əlaqədar Osmanlılar hərbi əməliyyatı dayandıraraq geri 
çəkildilər. 1724-cü ildə Kirmanşah, Marağa, Həmədan osman-
lıların əlinə keçdi. 1725-ci ilin yazında Osmanlı ordusu Xoyu 
və Mərəndi tutub Təbrizə doğru irəlilədi. 1725-ci il avqustun 3-
də Təbriz ələ keçirildi. II Təhmasib Təbriz ələ keçiriləndən 
sonra Osmanlı sərkərdəsi Abdulla paşaya məktub yazaraq 
müəyyən ərazi güzəştlərinə getməklə Osmanlılara yürüşü 
dayandırmağı təklif edir və əfqanlara qarşı müharibədə kömək 
göstərməyi təklif edir. Lakin Osmanlı sarayı bu təkliflə razı-
laşmadı.
1725-ci ildə Sarı Mustafa paşanın ordusu Gənçə yaxın-
lığında Krım xanı tərəfindən göndərilən hərbi hissələrlə 
birləşərək Gəncəni mühasirəyə aldılar. İki aylıq mühasirədən 
sonra sentyabrın 6-da Gəncə osmanlılar tərəfindən tutuldu. 
1725-ci il dekabr ayının sonunda Ərdəbil şəhəri də işğal edildi. 
1726-cı ildə II Təhmasib Osmanlı sarayı ilə danışıqlar 
aparmaq üçün öz elçisini göndərdi. II Təhmasib osmanlıların 
işğal etdikləri ərazilər onlarda qalmaqla üç il müddətinə hərbi 
əməliyyatların dayandırılmasını istəyirdi. Lakin 1726-cı ilin 
yayında tərəflər arasında aparılan danışıqlar nəticəsiz qaldı. 
Osmanlı sultanı III Sultan Əhməd 1725-ci ildə Mir Mah-
mudun ölümündən sonra onun yerinə hakimiyyətə gəlmiş Əş-
rəflə sülh danışıqlarına başlamaq üçün öz elçilərini göndərdi, 
tərəflər arasında 1727-ci ilin iyulunda başlanan danışıqlar 
oktyabr ayının 3-də Həmədan sazişi ilə başa çatdı. Həmədan 
sazişinə görə Osmanlıların ələ keçirdikləri Cənubi Qafqaz 
əraziləri, Sultaniyyə, Əbhər, Tarom, Zəncan, Təbriz, Həmədan, 
Kirmanşah üzərində Osmanlı dövlətinin hakimiyyəti tanınırdı. 


117 
Osmanlılar işğal etdikləri ərazilərdə yeni idarə üsulu yaratdılar. 
Yaradılan idarəetmə sistemi əvvəlki inzibati ərazi bölgüsündən 
çox fərqlənmirdi. Həmin ərazilər vilayətlərə, vilayətlər də 
sancaqlara bölünürdü. Vilayətlərin ərazisi keçmiş bəylərbəy-
liklərin ərazisinə uyğun gəlirdi. Sancaqlar isə mahal və nahi-
yələrə bölünürdü. Vilayətlərə hərbi və mülki rəhbərlik Osmanlı 
sərkərdələri təyin edilirdi. Sancaqların, mahalların və nahi-
yələrin idarəsi əsasən yerli feodallara tapşırılırdı. 
Kür çayından şimalda yerləşən ərazilər isə xüsusi statusa 
malik vassal hakimlər tərəfindən idarə edilirdi. Həmin 
vəzifələrə hakim Osmanlı dövləti tərəfindən təyin edilirdi. 
Şəki, Ərəş və Qax vassal mülkləri sayılırdı. Şirvanda isə 
Hacı Davudun hakimiyyəti Krım xanının statusunda Osmanlı 
sultanı tərəfindən tanındı və ona xan rütbəsi verildi. Lakin 
1728-ci ilin yayında Hacı Davud Rusiyaya meyl etdiyinə görə 
Gəncəyə dəvət edilərək ailəsi ilə birlikdə K ipr adasına gön-
dərildi. Onun yerinə bir il əvvəl Qəbələnin idarə edilməsi 
tapşırılan Surxay xan təyin edildi. 
Osmanlı hakimiyyəti altında olan ərazilərdə vergi qanun-
naməsi və vergi dəftəri tərtib olunmuşdu. 1727-ci ildə tərtib 
edilmiş “Gəncə vilayətinin qanunnaməsi” və “Naxçıvan dəf-
tərində” əvvəlki vergilərdən çox da fərqlənməyən vergilər 
əksini tapırdı. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin