§ 6.2. Rusiya dövləti ilə qarşılıqlı əlaqələr
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin xarici əlaqələrində
Rusiya mühüm yer tuturdu. Səfəvilərin Rusiya ilə iqtisadi
əlaqələri Xəzər-Volqa su yolu ilə həyata keçirilirdi. Bu yolun
üzərində yerləşən Kazan və Həştərxan şəhərləri Səfəvi döv-
lətinin Avropaya və Rusiyaya əsas çıxış məntəqələri rolunu
oynayırdı. Səfəvi elçisinin 1521-ci ildə Moskvaya gəlməsi və
Moskva knyazından çoxlu top, ustalar və yaraq-əsləhə alması
haqqında mənbələrdə məlumat vardır. Rusiya ilə Səfəvilər
arasında siyasi əlaqələr I Şah Təhmasibin dövründə yaranmışdı.
XVI əsrin ortalarınadək Rusiya-Səfəvi əlaqələri məhdud
səciyyə daşımışdır.
1552-ci ildə Kazan, 1556-ci ildə Həştərxan xanlıqlarının
Rusiya tərəfindən işğal edilməsi nəticəsində Xəzər-Volqa
ticarət yolunun böyük bir hissəsi rusların əlinə keçdi.
Həştərxanın işğalı bu ölkəni Xəzər dənizinə yaxınlaşdırdı və
Rusiya Şərq ticarətinin açarını əldə etdi. Kazan və Həştərxan
139
xanlıqlarının əraziləri Rusiya dövləti tərəfindən ələ keçiril-
dikdən sonra Azərbaycan Səfəvi dövləti ilə Rusiya arasında
sabit əlaqələr yarandı. Bu əlaqələr Şamaxı və Bakı vasitəsi ilə
həyata keçirildi. 1553-cü ildə Seyid Hüseynin başçılığı ilə
Səfəvi nümayəndə heyəti Moskvaya gəlir. 1561-ci ildə Səfəvi
elçisinin Moskvaya gəlməsi haqqında məlumat vardır. 1563-cü
ildə Şirvan bəylərbəyi Abdulla xan Ustaclının nümayəndəsi
Moskvaya göndərildi.
IV İvanın başı Livoniya müharibəsinə qarışdığına görə
Səfəvi dövlətinin elçilərinə o qədər də əhəmiyyət verməmişdi.
Bununla belə IV İvan Xəzərsahili ərazilərlə və Səfəvi dövlə-
tinin digər hissələri ilə əlaqələrini yaxınlaşdırmaq üçün 1569-cu
ildə Aleksey Xoznikovun başçılığı ilə öz nümayəndələrini I Şah
Təhmasibin yanına göndərmişdi. Aleksey Xoznikov özü ilə
Səfəvi sarayına 100 top və 500 tüfəng gətirmişdi. XVI əsrin 80-
ci illərində Rusiya ilə Səfəvi dövləti arasında fasiləsiz səfirlik
mübadiləsi olmuşdur.
Səfəvilərlə Rusiya arasında iqtisadi və siyasi əlaqələr I
Şah Abbasın dövründə və ondan sonra inkişaf etmişdir. Rusiya-
Səfəvi qarşılıqlı münasibətlərin əsas siyasi mövzusunu
Osmanlılara qarşı birgə mübarizə aparmağın yollarının müza-
kirəsi təşkil etsə də, hər iki dövlət ticarət- iqtisadi əlaqələrin
inkişaf etdirilməsinə böyük əhəmiyyət verirdi.
Rus tacirləri Səfəvi dövlətinə xəz (sincab), araq, ev
quşları gətirir, buradan isə ipək parçalar, xam ipək, yun par-
çalar, aşılanmış dəri, şaqren, tumac, meyvə qurusu və başqa
mallar alıb aparırdılar.
Rusiya 1580-cı ildə vaxtilə dağıtmaq məcburiyyətində
qaldıqları Terek qalasını bərpa edib, bu ərazilərdə Kazakları
yerləşdirdilər. Bundan sonra Qafqaz uğrunda Osmanlı-Səfəvi-
Rusiya rəqabəti gücləndi. 1587-ci il sentyabrın 28-də rus
çarının təkidi ilə Kaxet çarlığı Rusiyanın himayəsini qəbul etdi.
Bu hadisə ilə əlaqədar Səfəvi elçisi Cəmşid xan Zəyəmdə rus
elçisi ilə görüşdü. Səfəvi dövləti ilə münasibətləri qaydaya
140
salmaq üçün çar Fyodrun elçisi 1588-ci ilin sonunda Qəzvinə
gəldi. Bu səfərdə məqsəd Səfəvi dövləti ilə münasibətləri
qaydaya salmaq və Osmanlı dövlətinə qarşı hərbi ittifaq
yaratmaq idi.
I Şah Abbas Hadi Bəylə Budaç bəyi rus elçisi ilə Mosk-
vaya göndərdi. Səfəvi elçilərinin əsas məqsədi Osmanlı
dövlətinə qarşı Rusiya ilə hərbi ittifaq bağlamaq haqqında
danışıqlar aparmaq idi. Rusiyanın üçüncü Livoniya müharibə-
sindəki uğursuzluğu bu istiqamətdə danışıqlarda müsbət nəticə
vermədi. I Şah Abbas Hadi bəyin başçılığı ilə Osmanlı
dövlətinə qarşı mübarizədə Rusiyanın hərbi yardımını alamq
üçün göndərdiyi elçilik də məqsədinə nail ola bilmədi. Bu
uğursuzluqlara baxmayaraq I Şah Abbas, eyni zamanda Rusiya
dövləti hər iki dövlət arasında siyasi və iqtisadi əlaqələrə xüsusi
diqqət yetirirdilər.
I Şah Abbas 1592-ci ildə Hacı Xosrovun, 1593-cü ildə
Hacı İsgəndər və Hacı Məhəmmədin başçılığı ilə Moskvaya
elçilər göndərmişdi. Hər iki nümayəndə heyyətinə Moskvadan
odlu silah və digər mallar almaq tapşırığı verilmişdi. 1593-cü
ildə Rusiya Andrey Dmitriyeviç Zevinqorodskinin, 1595-ci ildə
knyaz Vasili Vasilyeviç Tyufyakinin başçılığı ilə Səfəvi
sarayına ticarət məqsədi ilə elçilər göndərmişdi. 1598-ci ildə
Boris Qodunov (1598-1605) hakimiyyətə keçən kimi Aleksandr
Zasikini Səfəvi sarayına göndərdi.
İstər I Şah Abbas, istərsə də rus çarları Fyodor İvanoviç
və Boris Qodunov göndərdikləri elçilərə hər iki dövlət arasında
zəruri malların gömrüksüz idxal- ixracına icazə verilməsi
tapşırığını verirdilər.
I Şah Abbas 1603-cü ilin avqustunda öz elçisi Laçın bəyi
Moskvaya göndərərək rus çarını Osmanlı dövləti ilə başladığı
müharibəyə hərbi yardım göndərməsini bildirdi. Rusiya çarı
Boris Qodunov isə Yaroslavskini Səfəvi sarayına göndərərək I
Şah Abbasın Osmanlılarla müharibəyə başlayacağı halda
Osmanlı dövləti ilə sülh bağlamayacağını bildirməklə kifayət-
141
ləndi. Yalnız Dağıstana rus qoşunu gönd ərərək Qafqazın yerli
feodallarının Osmanlılara kömək etmələrinin qarşısını almağa
cəhd etdi. Rusiya hökuməti bununla Dərbənd, Bakı və
Şamaxını Səfəvilərdən qoparmaq niyyətində idi.
XVII əsrin əvvəllərində Rusiya dövləti daxilində baş
vermiş siyasi çəkişmələr Rusiya – Səfəvi münasibətlərinə mənfi
təsir
göstərmişdi. 1613-cü ildə Romanovlar sülaləsi
hakimiyyətə gələndən sonra Mixail Romanov (1613-1645)
Səfəvi dövlətinə elçilər yola salmağa başladı. 1614-cü ildə
Səfəvi sarayına gələn İvan Brexov Osmanlı – Səfəvi mühari-
bəsinin nəticələrini öyrənməli və Səfəvi – Rusiya iqtisadi
əlaqələrini bərpa etməli idi. Brexovun I Şah Abbasa gətirdiyi
məktub türk dilində yazılmışdı.
1615-ci ildə Şah Abbasın səfiri Polad bəy 8 nəfər Səfəvi
taciri ilə Rusiyada olmuş və 1616-ci ildə vətənə dönəndə rus
çarının səfiri Leontiyev və bir neçə ticarət adamı da onunla
gəlmişdi. Leontiyev rus çarının Polşa ilə müharibə apardığına
görə hərbi silah almaq üçün şahdan maliyyə yardımı göstərməsi
haqqında xahişini I Şah Abbasa çatdırmışdı.
1618-ci ildə knyaz M.Baryatinskinin başçılığı ilə gələn
rus elçilərini həmin il noyabrın 14-də Qəzvində I Şah Abbas
qəbul etdi. Səfəvi şahından maliyyə yardımı almaq məqsədi ilə
Qəzvinə gəlmiş rus elçiləri məqsədlərinə nail ola bilmədilər və
1619-cu ilin sentyabr ayında geri qayıtdılar.
I Şah Abbasın dövründə Rusiya ilə Səfəvi dövləti
arasında diplomatik əlaqələr daha da yaxşılaşırdı. 1617-ci ildə
Osmanlı dövlətinin növbəti yürüşü zamanı rus çarı I Şah
Abbasın müraciətini nəzərə alaraq Şimali Qafqaz yoluna qoşun
yeridərək nəzarətə götürdü, Osmanlı ordusunun və Krım
tatarlarının şimaldan Səfəvi dövləti üzərinə hücumuna imkan
vermədi. Sözsüz ki, Osmanlı dövlətinin Şimali Qafqazda və
Xəzər dənizi sahillərində möhkəmlənməsi Rusiyanın maraq-
larına zidd idi. Rusiya hökuməti öz təsirini cənub istiqamətində
142
genişləndirmək və regionda iqtisadi və siyasi maraqlarını
həyata keçirmək üçün I Şah Abbasın xahişini yerinə yetirdi.
Azərbaycan torpaqları Osmanlı işğalından azad edil-
dikdən sonra rusların Şimali Qafqazda qalalarını bərpa etmə-
sinə I Şah Abbas etiraz etmədi. Hətta ruslar II Şah Abbasın
dövründə (1642-1666) Terek çayı sahilində yeni qalalar inşa
etdilər. II Şah Abbasın dövründə də Rusiya ilə dostluq mü-
nasibəıtləri davam etmişdi. 1647-ci ildə Don kazaklarının Bakı
ətrafında Səfəvi tacirlərinin mallarını qarət etməsi və XVII
əsrin II yarısında Rusiyanın cənub sərhədlərini genişləndirmək
siyasəti Səfəvi dövlətinin narazılığına səbəb oldu. Ruslar hətta
Dərbənd ətrafında qalalar tikməyə başladılar. 1653-cü ildə
Şirvan bəylərbəyi Xosrov xanın başçılığı ilə Şimali Azərbaycan
xanları və bəzi Dağıstan hakimlərinin birgə qüvvələri ilə
Dərbənd ətrafında tikilmiş qalalar dağıdıldı. II Şah Abbas
Rusiya ilə münasibətləri pozmamaq üçün Terek çayı sahilində
rusların tikdikləri qalalara dəymədi. Gürcü hakimlərinin
Moskva ilə münasibətlərinin yaxınlaşması da Səfəvi hakimiy-
yətini narahat edirdi. Səfəvi dövləti ilə Rusiya arasında
qarşıdurma 1662-ci ilə qədər davam etdi.
Rus səfiri Lobanov – Rostovskinin Şimali Qafqazda ti-
kilən qalaların Səfəvi dövlətinə xələl gətirməyəcəyi fikrini II
Şah Abbas səmimi qarşılamadı, səfirin Kaxetuya çarı Tey-
murazın geri qayıtmasına və Dağıstanda Rusiya əleyhinə çıxış-
lara son qoyulmasına kömək göstərmək təklifinə şah hakimiy-
yəti əks tələblər qoydu: Don kazaklarının Xəzər sahili əra-
zilərdə qarətlərinə son qoyulması, şahın razılığı olmadan Şimali
Qafqazda tikilən qalalar dağıdılmamalı və gürcü Şəhzadəsi
T.İrakli şaha təhvil verilməlidir. Beləliklə, ticarət məqsəd-
lərindən başqa digər təkliflər şah tərəfindən qəbul edilmədi.
1658-ci ilin yayında Dakul Sultanın başçılığı ilə Mos-
kvaya gələn Səfəvi elçilərinin və 1662-ci ildə Miloslavskinin
rəhbərliyi ilə İsfahana gələn rus elçiliərinin məqsədləri hər iki
dövlət arasında dostluq münasibətlərini qaydaya salmaq və
143
ticarət əlaqələrini yaxşılaşdırmaq idi. Rusiya, Polşa və İsveç
dövlətləri ilə müharibədə xəzinəsi boşaldığına görə Səfəvi
dövləti ilə ticarət əlaqələrinə xüsusi əhəmiyyət verirdi. Ona
görə də Qafqaz məsələsində fəal siyasət yeritməkdən müvəq-
qəti olaraq çəkinsə də Qafqaz siyasətini dəyişmirdi.
XVII əsrin ortalarında hər iki dövlət arasında yaranmış
münaqişə diplomatik və siyasi əlaqələrin inkişafına mənfi təsir
göstərsə də bu əlaqələri tam aradan qaldırmadı. XVII əsrin
ikinci yarısında Səfəvi dövləti ilə Rusiya arasında ticarət
əlaqələri qaydaya salındı. Rus çarı Aleksey Mixayloviç (1645-
1676) Səfəvi dövləti ilə ticarət əlaqələrini genişləndirməyə,
iqtisadi əlaqələri gücləndirməyə çalışırdı. II Şah Abbas da bu
məqsədlə 1664-cü ildə rus tacirlərinə Səfəvi ölkəsində azad
ticarət etmək imtiyazları vermiş, onları gömrük rüsumundan və
digər ödəmələrdən azad etmişdi. 1664-cü ildə Rusiyadan Səfəvi
dövlətinə tərkibində çoxlu tacir gəlmiş böyük elçilik həmin
imtiyazlara uyğun olaraq gömrük rüsumlarından azad
edilmişdi.
1668-ci ildə Stepan Razinin başçılığı altında 40 qayıq dan
ibarət iki min nəfərlik Don kazakları Azərbaycan ərazisinə
yürüş etdilər. Onlar Dərbənd sahillərinə çıxaraq cənub istiqa-
mətində hərəkət edib Nyazabadı və Şabranı qarət etdilər.
Kazaklar Bakı şəhəri və Bakı ətrafı kəndlərdə coyğunçuluq
etdikdən sonra Xəzərin cənub sahillərinə Gilana, Rəştə doğru
irəlilədilər. Azərbaycanın bu ərazilərində qarət və talanlar
törətdikdən sonra Rusiyaya Volqa çayının sahillərinə qayıtdılar.
Rusiya dövləti üçün də təhlükəyə çevrilmiş kazakların hərəkatı
Moskva knyazlığı tərəfindən 1671-ci ildə yatırıldı. Azər-
baycanın Xəzər sahili əraziləri kazakların qarətçi və talançı
basqınlarından azad oldu. Bu hadisə Rusiya-Səfəvi müna-
sibətlərində gərginlik yaratsa da Rusiya hökumətinin kazakları
cəzalandırması münasibətləri qaydaya saldı.
1667-ci il may ayının 31-də Rusiya hökuməti Səfəvi
dövlətində fəaliyyət göstərən Culfa ticarət şirkəti ilə bağladığı
144
müqaviləyə görə Səfəvi ipəyini və digər malları Həştərxana
daşımağı öz üzərinə götürmüşdü. Bu müqavilə Səfəvi ipəyini
Həştərxan vasitəsi ilə Moskvaya, oradan isə Mərkəzi və Qərbi
Avropaya çıxarmaq imkanı yaradırdı. Rus dövləti üçün Xəzər-
Volqa yolu ilə həyata keçirilən ipək ticarəti xüsusi imtiyaz
versə də Culfa ticarət şirkətinin erməni tacirlərinin əlində
olması (bu üstünlük erməni tacirlərinə I Şah Abbasın haki-
miyyəti dövründə verilmişdi) və erməni tacirlərinin Rusiyadan
keçən tranzit ticarətdən öz xeyirlərinə istifadə etmələri
Rusiyanın xəzinəsinə əvvəlki illərlə müqayisədə ziyanla başa
gəlirdi. Beləki, əvvəllər rus tacirləri Səfəvilərdən malları özləri
alaraq xarici ölkə tacirlərinə satır və bundan həm özləri, həm də
dövlət xeyli gəlir əldə edirdi. Erməni tacirləri isə Avropa
mallarını da Moskvadan yan keçirərək Şərq ölkələrinə
gətirirdilər. Erməni tacirlərinin bu əməlləri üzə çıxmış, Rusiya
hökuməti “Culfa” şirkəti ilə 1673-cü ildə yenidən müqavilə
bağlayaraq müqavilənin şərtlərində dəyişiklik edərək şirkətin
hüquqlarını azaltmış və Avropa ölkələrinə mal aparmsına icazə
verməmişdi. Şirkət Səfəvi ipəyini yalnız Rusiya dövlətinə ixrac
edə bilərdi.
XVII əsrin sonlarında Rusiya Osmanlı dövləti ilə mü-
haribə aparmaq üçün Səfəvi dövlətini bu münaqişəyə cəlb
etmək istəyirdi. 1675-ci ildə Səfəvi sarayına gələn rus elçiləri
Rusiyanın Osmanlı dövləti ilə müharibəyə başlayacağı halda
Səfəvi dövlətinin bu müharibəyə qoşulmasını israrla təklif
etdilər. Lakin Səfəvi hökuməti bu müharibədə bitərəf
qalacağını bildirdi. Bununla yanaşı XVII əsrin sonunda Rusiya
Xəzər dənizinə Şərq ölkələrinə müdaxilə vasitəsi kimi baxır və
Qafqazda öz işğalçılıq siyasətini həyata keçirməyə fürsət
gözləyirdi. I Pyotr da Səfəvi dövlətindən Osmanlıya qarşı
mübarizədə istifadə etmək istəyirdi. 1697-1698-ci illərdə o,
Səfəvi sarayında rezident postu yaratmağa çalışırdı.
145
Beləliklə, XVII əsr boyu Səfəvi-Rusiya siyasi və iqtisadi
əlaqələri müəyyən maneə və çətinliklərə baxmayaraq inkişaf
edərək genişlənmişdi.
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiya
dövləti ilə Səfəvi dövləti arasında iqtisadi əlaqələr davam
etdirilirdi. Müntəzəm olaraq hər il Səfəvi dövlətindən Rusiyaya,
Rusiyadan isə Səfəvi məmləkətinə tacirlər gəlir, gətirdikləri
malların satışını həyata keçirirdilər. 1706-cı ilin yayında şahın
xüsusi məktubu ilə Şəmsi Məhəmməd Kazım bəyin başçılığı ilə
30 nəfərdən ibarət heyət Moskvaya yola düşmüşdü. Rusiya
hökuməti Səfəvi şahının gətirilən mallara gömrük rüsumu
ödənilməməsi haqqında xahişini nəzərə almışdı. Səfəvi tacirləri
gətirdikləri malları sataraq şah sarayı üçün lazım olan malları
alıb geri dönmüşdülər. Şah Hüseyn Kazım bəy vasitəsi ilə I
Pyotra hədiyyələr də göndərmişdi.
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiya döv-
ləti Qərbi Avropa dövlətlərinin İran körfəzində ticarət üstün-
lüyü uğrunda apardıqları mübarizə şəraitində bəzi Avropa
dövlətləri ilə Şərq ticarət əlaqələrinin qurulmasında vasitəçilik
edirdi. Rusiya dövləti Avropa mallarının onun ərazisindən
keçərək Səfəvi dövlətinə aparılmasına icazə verir və bu
ticarətdən gəlir götürürdü. Səfəvi dövlətindən aparılan mallar
daha sərfəli və qısa yolla Rusiyadan Avropaya aparılırdı. Lakin
Rusiya hökuməti Səfəvi və digər Şərq dövlətləri ilə ticarətdə
verdiyi imtiyazları ləğv edərək yüksək gömrük rüsumu tətbiq
etdi. Bununla Şərq bazarından onları sıxışdırıb çıxarırdı.
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Rusiya
dövlətində baş vermiş iqtisadi tənəzzül Səfəvi – Rusiya ticarət
əlaqələrinə də mənfi təsir göstərirdi.
Dostları ilə paylaş: |