Nizami SÜleymanov


§ 6.4. Səfəvi-Şeybani münasibətləri



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə36/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   55
DERSL-K-1501-1736

§ 6.4. Səfəvi-Şeybani münasibətləri 
1487-ci ildə köçəri özbək tayfalarının başçısı Məhəmməd 
Şeybani Türküstanın şəhərlərinin birinin hakimi olandan sonra 
öz ərazilərini genişləndirərək teymurilərin hərbi qüvvələrini 
məğlubiyyətə uğradıb, 1499-cu ilin sonu, 1500-cü ilin əvvəllə-
rində Səmərqənd, Buxara, Daşkənd şəhərlərini və Fərqanə 
vadisini ələ keçirdi. 1501-ci ildə Mavərəünnəhr torpaqları da 
Məhəmməd Şeybaninin tərəfindən tutuldu. 1501-ci ildə 
Səmərqəndi paytaxt elan etdi. O, 1503-cü ildə uyğur torpaq-
larını, Daşkənd və Sayram vilayətlərini tutduqdan sonra teymu-
rilərin son dayağı olan Xorasana yürüş etdi. 1504-cü ildə 
Ürgənc şəhəri on aylıq mühasirədən sonra Şeybanilərə təslim 
oldu. 1506-cı ildə Xorasan və Bəlx yaxınlığında gedən 
döyüşlərdə Teymuri Sultan Hüseyn məğlubiyyətə uğrayaraq 
həlak oldu. 1507-ci ilin may ayında Herat ələ keçirilməklə 
bütün Xorasan vilayəti, Bəlx ətrafı bölgələr Məhəmməd Şey-
bani tərəfindən tutuldu. 1508-ci ildə Teymuri şəhzadəsi 
Bədüəzzaman Mirzə I Şah İsmayıla sığınmağa məcbur oldu. 
Beləliklə, Məhəmməd Şeybani xan Teymurilər sülaləsinin 
hakimiyyətinə son qoydu. 
Şeybanilər Xorasanı ələ keçirmək uğrunda mübarizədə 
dini fanatizmdən istifadə edərək yürüşlərini şiəliyə qarşı mü-
qəddəs müharibəşüarı altında aparırdılar. Şeybanilərin K ir-
man və Yəzdə hərbi yürüşləri,Teymuri Bədüəzzaman Mirzənin 
I Şah İsmayıldan kömək istəməsi, şiələrin müqəddəs şəhəri 
Məşhədin Xorasanda yerləşməsi Orta Asiya və Böyük Moğol 
dövləti ilə Səfəvilər dövləti arasında əsas keçid əlaqəsi kimi 
əhəmiyyətli strateji mövqeyi, Kirman hakiminin Şeybanilər 
tərəfindən öldürülərək şəhərin dağıdılması, Məhəmməd 
Şeybani xanın I Şah İsmayıla təkəbbürlü məktubu I Şah 
İsmayılı Xorasana yürüşə vadar etdi. I Şah İsmayıl yürüşdən 
əvvəl Məhəmməd bəy Rumlunun başçılığı ilə Özbək xanının 
sarayına öz elçilərini göndərdi. Bu elçiliyin müsbət nəticəsi 


151 
olmadı. 1508-ci ilin iyul ayında Şeyx Məhyəddin Əhmədi mək-
tubla yenə Şeybani xanın yanına yola saldı. Məktubun məz-
munu dostluq ruhunda yazılmış və Xorasandan özbəklərin geri 
çəkilməsi məsləhət bilinirdi. Şeybani xan isə məktubunda 
İsmayıla darğa kimi müraciət edir, hökmranlığın ona yaraşma-
dığını bildirirdi. I Şah İsmayıl Məhəmməd Şeybani xana Qazi 
Ziyəddin N urullah vasitəsi ilə göndərdiyi cavab məktubunda 
Məşhəddə İmam Rzanın qəbrini ziyarət edəcəyini və Xorasana 
yürüşə başlayacağını bildirdi. 
I Şah İsmayılın Xorasan yürüşündən xəbər tutan Mə-
həmməd Şeybani xan Heratdan Mərvə gedərək hərbi hazırlığa 
başladı. I İsmayıl bundan xəbər tutaraq Mərvə qoşun göndərdi. 
Özü isə Məşhəddə qalaraq İmam Rzanın qəbrini ziyarət etdi. 
Məhəmməd Şeybani xanın göndərdiyi ordunu Qızılbaşlar 
Tahirabad kəndində baş vermiş döyüşdə məğlub etdilər. Özbək 
qoşunu Mərv qalasına çəkildi. Qızılbaşlar Mərv qalasını müha-
sirəyə aldılar. Noyabrın 28-də I Şah İsmayıl Mərvə yaxınlaşdı. 
Mərv qalası möhkəm mühafizə olunduğu üçün İsmayıl hərbi 
hiyləyə əl atdı. Noyabrın 30-da ordunu geriyə, Mərv qalasının 3 
fərsəxliyinə (1 fərsəx 7 km-dir) çəkdi. 300 nəfərdən ibarət dəstə 
isə Mərv yaxınlığında saxlanıldı. Özbəklər qaladan çıxıb onları 
təqib edəndə həmin dəstə geriyə doğru qaçmalı idi. Şeybani 
hökmdar I Şah İsmayılın geri qayıtdığını zənn edib onu təqib 
etmək üçün qaladan çıxdı. Bu zaman İsmayılın elçisi məktubu 
Məhəmməd Şeybani xana çatdırdı. Məktubda I Şah İsmayıl 
Məşhədə ziyarətə getdiyini və qışı keçirərək yazda Xorasana 
yürüş edəcəyini bildirirdi. Məhəmməd xan qızılbaşların geri qa-
yıtmasına tam inanıb onları təqib etməyi davam etdirdi. 
1510-cu il dekabrın 1-də Məhəmməd Şeybani xanın qo-
şunu ilə Qızılbaş ordusu qarşılaşdı. Özbək ordusu ağır 
məğlubiyyətə uğradı və Məhəmməd Şeybani xan öldürüldü. Bu 
qələbə Amudəryaya qədər Xorasanın Səfəvi dövlətinin 
tərkibinə keçməsini təmin etdi. 1511-ci ildə qızılbaşlar Bəlx 
vilayətini tutdu. Buxara hakimi Übeydulla xan və Səmərqənd 


152 
hakimi Məhəmməd Teymur Sultan öz elçilərini I Şah İsmayılın 
yanına göndərib itaət etdiklərini bildirsələr də, 1513-cü ildə 
Özbək xanları Dəşti-Qıpçaq qazaxlarının qüvvələri ilə birlikdə 
yürüşə çıxdılar. Qızılbaş ordusu Bəlx ərazisində onları ağır 
məğlubiyyətə uğratdı. I Şah İsmayıl Özbək xanlarının sülh 
təklifini qəbul etdi. Beləliklə, Amudərya sərhəd olmaqla 
Xorasan Səfəvilər dövlətinə qatıldı. 
I Şah İsmayılın ölümündən sonra Səfəvi dövlətində 
yaranmış daxili çəkişmələrdən istifadə edərək Məhəmməd 
Şeybani xanın oğlu Übeydulla xan Xorasan üzərinə yürüşə 
başladı. Übeydulla xanın 1524-cü ildə etdiyi yürüşün Xorasan 
bəylərbəyi Durmuş xan Şamlının müqaviməti ilə qarşısı 
alındı.1526-cı ildə Durmuş xanın ölümündən sonra Xorasanda 
yaranmış hərc-mərclikdən istifadə edən Übeydulla xan Tus 
şəhərini və Astrabadı ələ keçirdi. 1527-1528-ci illərdə Übey-
dulla xan Xorasanın mərkəzi Heratı mühasirəyə aldı. Mühasirə 
yeddi ay davam etdi. I Şah Təhmasibin yaxınlaşması ilə öz-
bəklər şəhərin mühasirəsindən əl çəkdilər.1528-ci ildə Cam 
vilayətində tərəflər arasında döyüş baş verdi. Özbək ordusu 
çoxlu itki verərək məğlub oldu. Bağdadda baş vermiş qiyamla 
əlaqədar şah ordusu geri qayıtdıqdan sonra Übeydulla xan 
Məşhədi və Heratı ələ keçirdi. 1529-cu ilin sonunda I Təhmasib 
Xorasandan özbəkləri çıxarıb qardaşı Bəhram Mirzəni Xorasan 
hakimi təyin etdi. 1531-ci ildə Übeydulla xan yenidən Məşhədi 
tutub Heratı mühasirəyə aldı. Heratın mühasirəsi il yarım çəkdi. 
1532-ci ilin sonunda I Təhmasibin yürüşü ilə əlaqədar 
mühasirəni dayandırıb geri çəkildilər. 
1534-cü ildə vəkil Hüseyn xan Şamlının öldürülməsi ilə 
əlaqədar Xorasan bəylərbəyi Ağzıvar xan mərkəzi hakimiyyətə 
qarşı qiyam qaldırdı. 1535-1536-cı illərdə Übeydulla xan 
Xorasanda yaranmış hərc-mərclikdən istifadə edərək yenidən 
yürüşə başladı. 1536-ci il martın 11-də Heratı mühasirəyə aldı, 
5 aydan sonra 1536-cı il avqustun 15-də Heratı ələ keçirdi. 
Yalnız 1537-ci il yanvarın 29-da I Şah Təhmasibin böyük ordu 


153 
ilə Herata yaxınlaşmasından xəbər tutan Übeydulla xan 
Qızılbaş ordusu ilə döyüşməkdən ehtiyat edib Heratdan geri 
çəkildi. Übeydulla xanın 1539-1540-cı illərdə sonuncu yürüş-
ləri zamanı ölməsi ilə özbəklərin Xorasan üzərinə təhlükəli 
yürüşlərinə son qoyuldu. Özbək xanları 1543, 1545, 1548, 
1550, 1555, 1558, 1559-1560, 1563-1564, 1566-1567, 1569-
1570-ci illərdə Xorasana yürüşlər etsələr də bu yürüşlər 
uğursuz oldu. 
1587-ci ildə Səfəvi dövlətinin Osmanlılarla müharibədə 
yaranmış ağır vəziyyətindən istifadə edərək Özbək hökmdarı II 
Abdulla xan Herat üzərinə yürüş etdi. I Şah Abbas 1588-ci ildə 
Xorasana yürüşə başladı. Şah naibüs-səltənə Mürşüdqulu xan 
Ustaclıya Xorasana yürüşə başlamağı tapşırsa da Mürşüdqulu 
xan şahın mövqeyinin güclənməsindən ehtiyat edərək yürüşü 
gecikdirdi. Herata yardım gecikdiyinə görə doqquz aylıq 
mühasirədən sonra 1588-ci il martın 17-də Herat təslim oldu. 
1588-ci il aprelin 9-da Mürşüdqulu xanın hazırlığın dan 
sonra Xorasana yürüş başladı. O, Xorasan yürüşü ilə əlaqədar 
yolda olanda Osmanlı dövləti ilə sülh bağlamağa razılıq veril-
mişdi. Mürşüdqulu xanın Osmanlı elçisini bir müddət Qəzvində 
saxlaması nəticəsində sülh bağlamaq mümkün olmadı və 
Osmanlılar daha çox ərazilər ələ keçirdi. Ona görə də I Şah 
Abbas 1588-ci il avqustun 3-də vəkili Mürşüdqulu xanı 
öldürtdü. 
1589-cu ilin martında I Şah Abbas Osmanlı ordusunun 
Həmədan istiqamətində irəliləməsi və ərzaq çatışmamazlığı 
üzündən Heratın mühasirəsini dayandıraraq Qəzvinə qayıtdı. 
Bundan istifadə edən özbəklər Məşhədi və bir sıra əraziləri ələ 
keçirdilər. 
1590-cı ildə Osmanlı dövləti ilə sülh müqaviləsi bağlayan 
I Şah Abbas itirilmiş torpaqların geri qaytarılması üçün 
hazırlaşmağa vaxt qazandı. I Şah Abbas 1591, 1592-ci illərdə 
Xorasana yürüşə hazırlaşsa da ölkədə baş verən daxili 
çəkişmələr buna mane oldu. 1592-ci ildə Mərv, 1593-cü ildə 


154 
Nişapur şəhəri özbəklər tərəfindən tutuldu. 1595-ci ilin aprelin-
də I Şah Abbas Fərhad xan Qaramanlını Xorasan hakimi təyin 
etdi və Xorasan torpaqlarını özbəklərdən azad etməyi ona 
tapşırdı. Özbəklərin Əsfərayin qalasını mühasirəyə alması 
xəbərini alan I Şah Abbas Xorasana yürüşə başladı. Əsfərayin 
qalasının tutulması Qəzvin yolunu onların üzünə açırdı. II 
Abdulla xanın oğlu Əbdülmömin xan I Şah Abbas arasında 
qırıcı məktublardan sonra 1595-ci ilin yayında I Şah Abbasın 
məktub gətirən elçisini öldürtdü. 1595-ci ilin sentyabrında 
özbək ordusu Səbzvara hücum edərək qarət və talan törətdilər. 
Əbdülmömin xan I Şah Abbasın yaxınlaşdığını eşitdikdə Bəlxə 
qaçdı. Qışın yaxınlaşması və ərzaq çatışmamazlığına görə şah 
Qəzvinə qayıtdı. 
1597-ci ildə I Şah Abbas II Abdullanın yanına öz elçisini 
göndərdi. I Şah Abbas məktubunda aparılan müharibələrə 
baxmayaraq iki müsəlman ölkəsi kimi razılığa gələrək sülh 
bağlamaq təklif edirdi. Abdulla xan I Şah Abbasın sülh təklifini 
qəbul etmədi. Lakin bir qədər sonra II Abdulla xan oğlu 
Əbdülmömin xanın ona qarşı çıxmasını və şərqdən qazaxların 
yürüşünü nəzərə alaraq Səfəvi sarayına elçi göndərdi. 1598-ci 
ilin yanvarında Səfəvi sarayına gələn elçinin sülh təklifini isə 
bu dəfə I Şah Abbas qəbul etmədi. 
1598-ci il fevralın 8-də II Abdulla xanın vəfatından sonra 
özbək xanları arasında yaranmış çəkişmələrdən istifadə edərək I 
Şah Abbas itirilmiş torpaqları geri qaytarmaq üçün aprelin 9-da 
Xorasan uğrunda yürüşə başladı. I Şah Abbas Astarabadı, sonra 
Məşhədi ələ keçirdi və həmin şəhərlərə hakim təyin etdi. Şah 
qoşunu 1598-ci il avqustun 1-də Məşhəddən Herat istiqa-
mətində hərəkət etdi. I Şah Abbas Əbdülmömin xana gön-
dərdiyi məktubda müsəlman əhalisini qırğına verməməyi tələb 
edirdi. Əbdülmömin xanın özbək sərkərdələri tərəfindən öldü-
rülməsi məktubu cavabsız qoydu. Həştərxanlı Canıbəy Sultanın 
oğlu Div Məhəmməd xanın hakimiyyətə keçməsi ilə Özbək 
xanlığında Şeybanilər sülaləsinin hakimiyyətinə son qoyuldu, 


155 
Həştərxanilər sülaləsi hakimiyyətə gəldi. Div Məhəmməd xan 
da Heratda oturaraq özbək xanlarını Xorasan uğrunda mübari-
zəyə təhrik etdi. 1598-ci il avqustun 10-da Herat yaxınlığında 
Div Məhəmməd xanın ordusu ilə Səfəvi ordusu üz- üzə gəldi. 
Gərgin gedən döyüş qızılbaşların qələbəsi ilə nəticələndi. Div 
Məhəmməd bu döyüşdə öldürüldü. Beləliklə, 1598-ci il 
avqustun 10-da baş vermiş Puli-Salar döyüşündə I Şah Abbasın 
özbək qoşunu üzərində qələbəsi Xorasan uğrunda XVI əsr boyu 
davam edən hərbi qarşıdurmanı Səfəvilərin xeyrinə həll etdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin