§ 5.2. XVIII əsrin əvvəllərində Azərbaycanın beynəlxalq
rəqabət meydanına çevrilməsi
XVIII əsrin əvvəllərində Şah Hüseynin (1694-1722) ha-
kimiyyəti dövründə dərin iqtisadi və siyasi böhran, idarəçilikdə
özbaşnalıq, həyata keçirilən vergi islahatları nəticəsində
vergilərin 3 qat artması, yerli hakimlərin özbaşınalığı, mərkəzi
hakimiyyətə tabe olmaması, əhalini soyub-talaması, Azərbay-
canda 7 il quraqlığın baş verməsi, ölkənin ayrı-ayrı bölgə-
lərində baş verən üsyanlar Səfəvi dövlətinin tənəzzülünə səbəb
olurdu.
Səfəvi dövlətində baş verən hadisələri çar Rusiyası və
Osmanlı dövləti diqqətlə izləyirdilər. I Pyotrun dövründə Qaf-
qazın işğal edilməsi ilə əlaqədar geniş plan hazırlanmışdı. Bu
dövrdə Rusiyanıın iqtisadi və siyasi cəhətdən möhkəmlənməsi
şimaldan gələn təhlükəni daha da artırırdı. I Pyotr Qara dənizə
çıxmaq uğrunda Osmanlı dövləti ilə apardığı uğursuz (1711-ci
il Prut müqaviləsi) müharibədən sonra Şərq siyasətində əsas
diqqətini Xəzər dənizinə çıxmağa yönəltmişdi. Rusiya dövləti
Volqa-Xəzər ticarət yolunu nəzarətə götürməklə Şərq ölkələri
105
ilə ticarət əlaqələrini genişləndirməyə, Xəzər sahillərini ələ
keçirməklə inkişaf etməkdə olan sənayesini Azərbaycanın
xammal ehtiyatları ilə təmin etməyə çalışırdı. Lakin İsveç döv-
ləti ilə müharibəyə başı qarışdığına görə Qafqaz istiqamətində
yürüşə başlaya bilməyərək kəşfiyyat xarakterli tədbirlər
görürdü. I Pyotr 1714-cü ildən 1715-ci il mayın 30-na qədərki
müddət üçün Səfəvi dövlətinə elçi kimi göndəriməsi haqqında
A.P. Voliniskinin fərmanını verdi və ona İsfahana Azərbaycan-
dan, xüsusilə Şirvandan keçərək getməsi, keçdiyi yerlərin
xəritəsini tərtib etməyi, hərbi məqsədlə tikilmiş müdafiə qur-
ğuları haqqında məlumat toplamağı, xristianlarla əlaqə
yaratmağı və Rusiyanın ticarət imkanlarını müəyyən etməsi
tapşırılmışdı. Rusiya gələcəkdə Xəzər dənizinin mühüm liman-
larını, Dərbənd, Bakı, Şamaxı, Rəşt şəhərlərini ələ keçirməyi
nəzərdə tuturdu. Bununla Volqa-Xəzər ticarət yolunu tutmaqla
Qərb ilə Şərq arasındakı ticarətdə vasitəçilik etməyi plan-
laşdırırdı.
A.P.Volinski 1716-cı il iyulun 13-də Həştərxana gəldi,
buradan N iyazabada yola düşdü. N iyazabaddan gəmilərlə
Şamaxıya gələrək 3 ay Şamaxıda qaldı. Şirvan bəylərbəyi Xos-
rov xan rus elçisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər
gördü. 1716-cı il dekabrın 7-də İsfahana yola düşərək 1717-ci il
martın 14-də Səfəvilər dövlətinin paytaxtı İsfahana çatdı. Şah
Hüseyn tərəfindən qəbul edildikdən sonra baş vəzir Fətəli xanla
danışıqlar apardı. Danışıqlar Rusiya və Səfəvi dövləti arasında
ticarət müqaviləsi bağlamaq ətrafında getsə də A.P.Volinski
Səfəvi dövlətinin daxili vəziyyəti haqqında gizli məlumatlar
toplayaraq çar Rusiyasına ötürür və öz hökümətini Cənub
istiqamətində yürüşə hazırlamağa təhrik edirdi. 1717-ci il
iyunun 30-da Rusiya ilə Səfəvi dövləti arasında ticarət müqa-
viləsinin layihəsi haqqında razılıq əldə olundu. Müqaviləyə
əsasən rus tacirlərinə Şirvan və Xəzərboyu əyalətlərdə sərbəst
ticarət və güzəştli gömrük hüquqları verilirdi. Rus tacirlərinin
əsasən yerləşdiyi, Şərq ölkələrindən və Hindistandan gətirilən
106
malları bu bölgələrdən aldıqları üçün Şirvan bəylərbəyinə rus
tacirlərinə şərait yaradılması haqqında şah xüsusi fərman
göndərdi.
A.P.Volinski ticarət müqaviləsi bağladıqdan sonra karvan
yolu ilə Rəştə getmək, Gilan haqqında kəşfiyyat xarakterli
tapşırıqları da yerinə yetirərək oradan Həştərxana qayıtmaq
istəyirdi. Onun məqsədini başa düşən şah hökuməti ona gəldiyi
yolla qayıtmağa icazə verdi. 1717-ci il dekabrın 17-də Şa-
maxıya çatan rus elçisi burada 8 ay qaldı. O, Şamaxıda olarkən
xristianlarla sıx əlaqə yaratdı, VI Vaxtanqın göndərdiyi nüma-
yəndə ilə görüşdü. Dərbənddən gələn erməni tacirləri Dərbənd
qalasının planını da ona çatdırdılar. A.P.Volinski Şamaxıdan
Həştərxana gedən karvan yolları haqqında məlumat toplamaq
üçün heyət üzvlərinin bir hissəsinin Həştərxana quru yolla
getməsinə nail oldu.
Səfəvi dövlətində vəziyyətin getdikcə ağırlaşması I Pyot-
run Xəzər dənizi hövzəsində fəaliyyətini daha da genişlən-
dirirdi. O xüsusi ekspedisiya göndərərək Xəzərin qərb sahil-
lərinin topoqrafik xəritəsini tərtib etməyi tapşırdı.
Ekspedisiya Xəzər dənizinin şimal-qərb sahillərinin xəri-
təsini tərtib etdikdən sonra cənub istiqamətində irəliləyərək
Bakı sahillərini tədqiq edərək Astrabada qədər Xəzər sahil-
lərinin xəritəsini çəkdilər.
Bu zaman Ə fqan tayfalarının Xorasandan ölkənin içə-
rilərinə doğru irəliləməsi, Şirvanda Hacı Davudun başçılığı ilə
isə baş vermiş hərəkat çar Rusiyasının işğalçılıq planlarını
həyata keçirməyə şərait yaratdı. Hacı Davud Qazıqumuxlu
Surxay xanla birləşərək Şirvanı ələ keçirmək, Səfəvi dövlətinin
bu bölgədəki hakimiyyətinə son qoyaraq müstəqil dövlət
yaratmaq uğrunda mübarizəyə başladı. Şamaxı, Dərbənd və
Bakı uğrunda döyüşlərdə müvəffəqiyyət qazana bilməyən Hacı
Davud Rusiya dövlətinə hərbi kömək göstərməsi üçün müraciət
etdi. Hacı Davud Dağıstandan gələn əlavə qüvvələrin və
Şamaxının sünni əhalisinin köməyi ilə 1721-ci ilin avqustunda
107
Şamaxını ələ keçirdi. Şamaxıda törədilən dağıntı və qarətlər
nəticəsndə xarici ökədən gələn tacirlərlə bərabər rus tacirlərinin
malları qarət edildi. Hacı Davudun başçılığı ilə üsyançılar
Gəncə, Qarabağ ərazilərində də talanlar törətdilər. Hacı
Davudun A.P.Volinski (Həştərxan qubernatoru, Rusiyanın İsfa-
handa keçmiş elçisi) ilə məktublaşmasından Rusiya dövlətinə
məlum oldu ki, Hacı Davud Rusiyanın himayəsinə keçmək
arzusunda olmayıb, Şirvanda müstəqil dövlət yaratmaq fikrin-
dədir. Bu, Rusiyanın işğalçılıq planla rına cavab vermədiyinə
görə I Pyotr Səfəvi dövləti ilə dostluq münasibətlərini, Şama-
xıda rus tacirlərinin üsyançılar tərəfindən qarət olunmasını
bəhanə gətirərək Şirvana yürüş etməyi qərara aldı.
Rusiyanın planından xəbər tutan Hacı Davud Osmanlı
dövlətinə hərbi kömək göstərməsi ilə əlaqədar müraciət etdi. O,
həmçinin Osmanlı dövlətinin himayəsinə keçməyi də öhdəsinə
götürdü. Bununla əlaqədar A.P.Volinski I Pyotra yazırdı ki,
“Davud bəy (Hacı Davud) və Surxay...özlərinin Türkiyə təbəə-
liynə qəbul olunmalarını və Şamaxını müdafiə etmək üçün
qoşun göndərilməsini Krım xanı vasitəsi ilə Türkiyə Sulta-
nından xahiş etmişlər”.
Rusiyanın Cənubi Qafqazda işğalçılıq planları Osmanlı
dövlətini narahat edirdi. Cənubi Qafqazdakı xalqların əksəriy-
yəti ilə Osmanlı dövlətini soy-kök və din birliyi yaxınlaşdır-
dığına görə bu dövlətin bölgədə böyük nüfuzu var idi. Rusi-
yanın türk və müsəlman xalqlarını öz əsarəti altına almaq siya-
sətini Osmanlı dövləti böyük həyəcanla izləyir və hərbi hazırlıq
tədbirləri görürdü. Rusiya dövləti isə bu əraziləri ələ keçirmək
üçün regionda türk və müsəlman xalqları ilə müqayisədə çox
azlıq təşkil edən gürcüləri və cənubi Qafqaza sonradan gəlmiş
erməniləri alətə çevirirdi. I Pyotr Rusiyanın Səfəvi dövlətindəki
konsulu G.Abramova yazırdı ki, biz mütləq dəniz sahillərinə
sahib olmalıyıq, türkləri buraya buraxa bilmərik.
Rusiyanın Xəzər sahillərində möhkəmlənmək niyyətindən
narahat olan Osmanlı dövləti Hacı Davudla əlaqə yaradaraq
108
1722-ci ilin dekabr ayında onu Osmanlı dövlətinin himayəsinə
qəbul etdi. Hacı Davud İstanbula gedib Sultan Əhmədlə
görüşdü. O, Sultan Əhməddən Şirvanın hakimi olmaq haqqında
razılıq aldı. Şirvana qayıtdıqdan sonra əsasən qarətçiliklə məş-
ğul olan Qazıqumuxlu Surxay xanı Şirvandan çıxararaq Şir-
vannın müstəqil hakimi oldu.
Osmanlı dövlətinin cənubi Qafqazda möhkəmlənmək
siyasətini Fransa dövləti müdafiə edirdi. Fransa Rusiyanın
Cənubi Qafqazda və Xəzər körfəzində möhkəmlənməsini istə-
mirdi. Türkiyə ilə münasibətləri gərgin olan İngiltərə hökuməti
də Rusiyanın Xəzər dənizi sahillərində möhkəmlənməsinə
İngiltərənin Yaxın Şərq siyasətinə maneə kimi baxırdı. Ona
görə də İngiltərə Türkiyənin cənubi Qafqazda və Xəzər sahil-
lərində möhkəmlənməsinin tərəfdarı idi.
Səfəvilər dövlətinin tənəzzülü, ölkədə yaranmış böhranlı
vəziyyət Azərbaycanın beynəlxalq rəqabət meydanına çe-
virməsinə gətirib çıxardı.
Dostları ilə paylaş: |