Nomenklaturaya görə xəritələrin təyini və qonsu xəritələrin təyini qaydaları



Yüklə 39,07 Kb.
səhifə3/3
tarix09.04.2023
ölçüsü39,07 Kb.
#95344
növüQaydalar
1   2   3
Nomenklaturaya gorə xəritələrin təyini və qonsu xeritelerin teyini qaydalari

1. Uzunluq- bunları aradan qaldırmaq olmaz.

2. Forma

3. Bucaq- proyeksiyalar vasitəsi ilə onları aradan qaldırmaq olar.

4. Sahə

Təhrif xüsusiyyətinə görə proyeksiyalar 3 qrupa bölünür:

1. Bərabərbucaqlı - xəritədəki bucaqlar qlobusdakı bucaqlara uyğun gəlir. Nəqliyyatda istifadə olunur.

2. Bərabərsahəli - Yerdəki obyektlərin sahəsi təhrifsiz olur. Ölçmə işlərində istifadə edilir.

3. Ixtiyari - bütün təhriflər olur.



Nomenklaturaya görə xəritələrin təyini və qonşu xəritələrin təyini qaydaları

Geniş ərazilərin topoqrafik xəritəsi irimiqyaslı olduğu üçün bi neçə min vərəqdə tərtib olunur. Məsələn, qərbdən şərqə 540 km, şimaldan cənuba 400 km uzanan Azərbaycan ərazisinin 1:10000 miqyaslı xəritəsini tərtib etmək üçün 54 x 40 m olan kağız vərəqi lazımdır. Belə böyük ölçüdə vərəq istehsalı və ondan istifadə qeyri-mümkün olduğu üçün topoqrafik xəritələr ayrı-ayri vərəqələr şəklində tərtib olunur. Hər bir vərəq meridian və paralellərlə haşiyələnən standart əraziləri (trapesiyaları) əhatə edir. Belə vərəqələri yan-yana düzmək və tez tapmaq üçün onların nömrələnməsi xüsusi əhəmiyyətə malikdir.


1: 1000000 miqyaslı xəritə tərtib etmək üçün Yer səthi 40-dən bir çəkilmiş paralellərlə sıralara və 6˚-dən bir çəkilmiş meridianlarla sütunlara bölünür . Sıralar ekvatordan qütblərə tərəf latın əlifbasının baş hərfləri ilə, sütunlar isə 180” meridiandan başlayaraq şərqə doğru 1-dən 60-a qədər ərəb rəqəmləri ilə nömrələnir. Beləliklə, 180˚ meridiandan şərqdə 1-ci, qərbdə isə 60-cı, Qrinviç meridianından şərqdə 31-ci, qərbdə isə 30-cu sütun yerləşir.
Bütün dünya dövlətləri tərəfindən ölçüsü X olan trapesiyaların hər birini 1:1000000 miqyaslı xəritənin hər vərəqində təsvir etmək qərara alınmışdır. Ona görə ölçüsü 4˚ x 6˚ olan trapeslərə milyonluq trapesiya,həmin trapesiyaların nomenklaturasına beynəlxalq nomenklatura deyilir.
Ekvatordan qütblərə doğru getdikcə meridlənlar arasındakı məsafənin azalmasına uyğun olaraq 60˚ və 70˚ en dairəsi arasındakı iki trapesiya bir vərəqdə,76˚ və 88˚ en dairəsi arasında xəritə vərəqənin çərçivəsi en dairəsi üzrə 4˚ və uzunluq dairəsi üzrə isə 12˚ götürülür, 76˚ - 88˚ en dairələr arasında isə uyğun olaraq 4˚ və 24˚ götürülür. Belə vərəqələrin nomenklaturası aşağıdakı kimi yazılır:
1.İkitrapesiyalı vərəqə V-87,88
2.Dördtrapesiyalı vərəqə C – 31,32,33,34
Azərbaycan Respublikasında topoqrafik və icmal topoqrafik xəritə vərəqlərinin nomenklaturası 1 : 1000000 miqyaslı xəritənin beynəlxalq nomenklaturasına əsaslanır. Topoqrafik xəritə vərəqlərinin kitab vərəqləri kimi bir yerə toplanılıb saxlanması üçün miqyasından asılı olmayaraq bütün topoqrafik xəritə vərəqələrinin kağızları eyni ölçüdə olmalıdır və vərəqin çərçivə ölçüləri yuvarlaq ədəddən ibarət olub, özündən xırda miqyaslı vərəq üzərində qalıqsız yerləşməlidir. 1:500000 miqyaslı xəritə vərəqlərinin ölçüsü en dairəsi üzrə 2˚, uzunluq dairəsi üzrə isə 3˚ olur. 1:500000 miqyaslı xəritə vərəqlərinin nomenklaturası onların daxil olduğu milyon miqyaslı vərəqin nomenklaturasının sonuna Azərbaycan əlifbasının baş hərflərindən (A, B, C, Ç) birini əlavə etməklə alınır.
1: 200000 miqyaslı xəritə vərəqələri,1:1000000 miqyaslı xəritə vərəqi üzərində ,1-dən XXXVI-ya qədər olan rum vərəqələri ilə işarələnir.1:200000 miqyaslı xəritə vərəqinin nomenklaturası 1:1000000 miqyaslı xəritə nomenklaturasının sonuna 1-dən XXXVI-ya qədər olan rum rəqəmlərindən birini əlavə etməklə alınır.
Bir 1:1000000 miqyaslı xəritə vərəqində yer səthi 144 ədəd 1:100000 miqyaslı xəritə vərəqəsində təsvir olunur. 1:100000 miqyaslı xəritə vərəqənin ölçüsü en darəsi üzrə 20', uzunluq dairəsi üzrə 30' olur, 1: 1000000 miqyaslı xəritə vərəqənin nomenklaturasının sonuna 1-dən 144-ə qədər plan ərəb rəqəmlərinin birini əlavə etməklə alınır.
6˚-li zonaya aid 1:25000 və ondan daha kiçik miqyaslar üçün və 1:10000 miqyas üçün isə interpolyasiya yolu ilə koordinatlarla təyin olunan cədvəllərdən istifadə olunur.Həmin cədvəllərdə Qaus proyeksiyasına paralelin proyektlənməsinə görə düzəliş verilir.
1:100000 miqyaslı xəritə vərəqi 1'15''-dən bir çəkilmiş paralellər və 1'52'',5'-dən bir çəkilmiş meridianlarla 256 1:5000 miqyaslı xəritələrə bölünür.1:5000 miqyaslı xəritə vərəqələrinin nomenklaturası onun daxil olduğu 1:100000 miqyaslı vərəqin nomenklaturasının sonuna 1-dən 256-ya qədər rəqəmlərdən birini əlavə etməklə yazılır.1:5000 miqyaslı plan vərəqinə 9 vərəq 1:2000 miqyaslı plan daxildir.Belə vərəqələrdən birini adlandırmaq üçün daxil olduğu 1:5000 vərəqin nomenklaturasına əlifbanın a,b,c,ç,d,e,ə,f,g hərflərindən biri əlavə edilir.
Sahəsi 20 -dək olan planlar üçün kvadrat və ya düzbucaqlı bölgüyə icazə var.Kvadrat bölgüdə 1:5000 miqyas üçün plan vərəqəsinin çərçivəsi 40x40 sm,1:2000,1:1000 , 1:5000 miqyaslı planlar üçün 50x50 sm qəbul edilib.
Qonşu xəritələrin təyini qaydaları
Xarici dövlətlərin bəzilərinin topoqrafik xəritələrinin araşdırılması onu göstərdi ki, keçmiş Sovetlər ərazisində, o cümlədən Azərbaycan Respublikası ərazisində tərtib olunmuş topoqrafik xəritələr öz dolğunluqları, keyfiyyətləri, müfəssəllikləri və ümumi xarakterlərinə görə bütün xarici dövlət xəritələrindən fərqlənirlər. Məsələn, əgər Azərbaycanda topoqrafik xəritələrin tərtibində istifade olunan şərtli işarələrin sayını 100% qəbul etsək, onda bu rəqəm İngillərədə 68%, Fransada 62%, Amerikada isə 52%-dir.
Xarici topoqrafik xəritələrin əksəriyyətinin miqyasları, qrafiklərə bölünmələri və vərəqlərin nomerklaturası sistemsizdirlər. Bizim öz xəritələrimizdən istifadə etməyi bilənlər üçün xarici topoqrafik xəritələrdən istifadə etmək üçün heç bir çətinlik yoxdur. Bütün ölkələrin topoqrafik xəritələrində relyef horizontallarla göstərilir. Burada ferq yalnız ondadır ki, xarici ölkə topoqrafik xəritələrində ölçü vahidi başqa cürdür və horizontallar müxtəlif yüksəklikdən keçirilir.
Xəritələrin əksəriyyətində şərti işarələr bir-birinə oxşardırlar - eynidirlər: yaşayış məntəqələri, yollar, hidroqorafiya, körpülər, meşəliklər. Bunlar da xüsusilə rəngləri ilə eynidirlər: meşəliklər - yaşıl, su - mavi, avtomobil yolları -qırmızı və sarı, horizontallar - qəhvəyi.Xarici xəritələrin hamısında xətti və rəqəmli miqyasların olması imkan verir ki, bütün ölçmə və hesablama işlərini mefrik ölçü sistemində aparmaq olsun, baxmayaraq ki, xəritə başqa ölçü sistemində tərtib olunub.

Türkiyə topoqrafik xəritələri
Türkiyəde əvvəllər tianqulyasiya şəbəkəsinin başlanğıcı Ankara şəhəri yaxınlığındakı Meşədağı adlanan yerdəki nöqtə qəbul olunmuşdur. Türkiyə topoqrafik xenteləri dövlətin qərb sərhədinin şimalındakı hər hansı bir nöqtədən başlayaraq şərqə doğru hər 30' bir nömrə ilə (1, 2, 3...), başlanğıc nöqtədən cənuba doğru isə hər 30' -dən bir çəkilmiş paralellərə latın əlifbasının birinin adı yazılır. Hər bir topoqrafik xəritəyə xəritədəki iri yaşayış məntəqəsinin adı verilir.
Məsələn: 1:250000 miqyaslı topoqrafik xəritənin nomenklaturası belə olacaq: Ankara-Bu xəritənin en darəsi 1˚, uzunluq dairəsi isə 1˚30' -dir. 1:250000 miqyaslı topoqrafik xəritə vərəqində 6 ədəd 1:100000 miqyaslı xəritə vərəqi var, Nomenklaturası belədir <> .1:100000 miqyaslı topoqrafik xəritə vərəqində 4 ədəd 1:50000 miqyaslı xəritə vərəqi vardır.Onlar latın əlifbasının kiçik hərfləri ilə (a,b,d,ç) işarələnir və nomenklaturası <> olacaq.1:25000 miqyaslı xəritə vərəqini 25 yerə bölüb 1:5000 miqyaslı xəritə vərəqi alırlar və onun nomenklaturası belə olur. <>
Xəritələrin hamısında miqyaslar bir ədədi və 4 ölçü vahidində qrafiki verilir: dəniz mili, quru mili, fut, kilometr. Türkiyə 1052-ci ildə NATO-ya daxil olduqdan sonra onların topoqrafik xəritələri NATO xəritələrinə uyğunlaşdırılmışdır:
İndi Türkiyə xəritələrində bütün dünya bölgələrə bölünüb.

1) Qitə bölgələri: Afrika, Antarktika (Yer kürəsinin cenub qütb sahəsi), Arktika (Yer kürəsinin şimal qütb sahəsi). Asiya, Avropa, Cənubi və Orta Amerika, Şimali Amerika, Avstraliya və Şərqi Asiya adaları


2) Qitə bölgələrinin əsas bölgələri: bu bölgələr hərflərlə işarələnib. Onlardan: Avropa qitəsi (M), Asiyada Rusiya, Ukrayna və sair keçmiş sovet əraziləri (N), Türkiyə, İran və Ərəb yarımadası
3) Əsas bölgələr daxilindəki kiçik bölgələr də eyni qayda ilə bölünüblər. Onlardan (M) qitə bölgəsi içində Yunanıstan, Bolqastan, Ruminiya və Yuqoslaviya ərazilərini əhatə edən sahə (O) sayı ilə, keçmiş sovetlər birliyinin Türkiyə ilə qonşuluqdakı xəriələri (N), əsas bölgü sayı ilə nömrələnmişdir,
Əsas bölgələrdən (K) bölgəsi içində Türkiyə 1: Suriya 2, Fəəstin, İsrail, lordaniya əraziləri 3: İraq 4: İran 5, Səudiyyə Ərəbisanı 6 rəqəmləri ilə işarələnmişdir. Xəritələrin seriya və nömrələri 2 tiplidir:

  1. tipinin - üç element seriya nömrələri var: I element: Bütün dünya və ya qitə bölgələrini bölərkən bir say II element: Miqyas qrupunu göstərən say III element: Xəritə seriyasını göstərən rəqəm sayı.Bu say rəqəmli 01, 02 — 09, 10, 11 - şəkilində yazılır.Məsələn: 1:1000000 miqyaslı dünya xəritəsinin seriya nömrəsi 1301-dir, Burada 1-Dünya, 3- miqyas qruppu (1:1000000), 01 seriyanın nömrəsini göstərir.

  2. tipi - 4 element seriya ilə nömrələnir: I element: Qitə bölgələri daxilindəki əsas bölgü göstərən hərf, II element: Miqyas qrupu
    III element: Əsas bölgü daxilindəki bölgülərin sayı, IV element: Xəritə seriyasının öz bildiricisi olan bir sayı.

Bu say (O)-dan başlayaraq iki rəqəmli də, bir rəqəmli də ola bilər. Hər iki tip seriya nömrələrində ikinci element xəritənin miqyasını göstərir. Miqyaslar belə olur:
1) 1:5000000 və daha kiçik
2) 1:2000000 - 1:5000000 3) 1:510000 - 1:2000000 (1:1000000 siandart miqyas) 4) 1:175000 - 1:510000 (1:500000 standart miqyas) 5) 1:150000 -. 1:255000 (1:250000 standart miqyas) 6) 1:70000 - 1:150000 (1:100000 standart miqyas) 7) 1:35000 -1:70000 (1:50000 standart miqyas) 8) 1:35000 daha iri miqyaslı (1:25000 əsas miqyas).
b tipli seriya nömrəsinə misal olaraq -Hələlik istifadə olunan Türkiyə xəritəsinin seriya nömrəsi K 816-dır.Burada K əsas bölgü,8rəqəmi miqyasın 1:25000 olduğunu,1 rəqəmi böyük bölgü daxilindəki nömrə ,6 rəqəmi isə seriyanın nömrəsidir(NATO üzvləri arasında).
Xəritənin ilk çapı müttəfiqlər arasında razılaşdırılır və koordinatlaşdırılır.Əgər 1:25000 miqyaslı Türkiyə xəritəsində hər hansı bir dəyişiklik aparılaraq ,yenidən çap olunarsa,onda xəritənin nomenklaturasında yeni bir dəyişiklik olmur.Onun nömrəsi olduğu kimi qalır.Yalnız onun çap olunduğu tarix qalır.
Türkiyə topoqrafik xəritələrində :

  • Dəmir yolları qara rəngdə,şose yolları isə narıncı rəngdə olduğu üçün onlar bir-birindən pis seçilirlər

  • Yol örtükləri göstərilmir, yollar bir-birindən heç nə ilə seçilmirlər.

  • Çaylar mavi rəngdə çəkilibdir. Nə çayların axın istiqaməti, nə dərinlikləri və nə də ki, suyun axın sürəti göstərilməyib, şərh işarələrdə ağac növləri öz əksini tapmayıb

  • Qumluqların hamısı eyni şərti işarə ilə göstərilib

  • Torpaq-bitki örtüyü əks olunanda nə bitki örtüyünə və nə də torpaq növünə diqqət yetirilməyib ,heç nəyi ayırd etmək mümkün deyil.

  • Qumluqların hamısının rəngi eynidir

  • Relyef NATO xəritələrində olduğu kimi Türkiyə xəritələrində də yüksəkliklər horizontallarla göstərilir, bəzi zirvələrin, qüllələrin və s.hündürlükləri rəqəmlərlə verilib

Nəticə

Sahənin bütün ən vacib elementləri topoqrafik xəritələrdə göstərilir: relyef, hidroqrafiya, bitki örtüyü və torpaqlar, yaşayış məntəqələri, yol şəbəkəsi, sərhədlər, sənaye, kənd təsərrüfatı, sosial-mədəni və digər obyektlər. Xəritənin miqyası nə qədər böyükdürsə, xəritədə daha çox obyekt və daha çox detal göstərilir. Eyni zamanda, görüntünün aydınlığını artırmaq üçün kartoqrafik ümumiləşdirmə aparılır, yəni ikinci dərəcəli və kiçik ölçülü obyektlər xəritələrdə göstərilmir.


Xəritədə ərazi elementlərinin göstərilməsinin tamlığı xəritələnmiş ərazinin coğrafi xüsusiyyətlərindən də asılıdır. Beləliklə, çaylar və kanalların yaxşı inkişaf etmiş bir şəbəkəsi olan yaşayış yerlərindəki quyular əhəmiyyətli deyil və bir qayda olaraq 1: 100000 və daha kiçik miqyaslı xəritələrdə göstərilmir. Səhra və yarımsəhra ərazilərində quyular çox vacib olur və 1: 200,000 və daha böyük miqyaslı xəritələrdə göstərilməlidir. Kiçik miqyaslı xəritələrdə ekranın tamlığı obyektlərin konturlarının konturlarını ümumiləşdirərək, bir neçə obyekti bir bütövlükdə birləşdirərək əldə edilir.
İstənilən miqyaslı topoqrafik xəritələrin vərəqlərinin təyinatı milyonuncu xəritənin vərəqlərinin nomenklaturasına əsaslanır.
1: 1 000 000 miqyaslı bir xəritə vərəqinin nomenklaturası, yerləşdiyi kəsişmədə sətirin (məktubun) və sütununun (nömrəsinin) işarəsindən ibarətdir. Milyonuncu xəritənin sütunları koordinatları hesablayarkən və Gauss proyeksiyasında xəritə tərtib edərkən yer ellipsoidinin səthinin bölündüyü altı dərəcə koordinat zonaları ilə üst-üstə düşür. Fərq yalnız onların nömrələnməsindədir: koordinat zonaları sıfırdan (Qrinviç) meridiandan hesablandığından və milyonuncu kartın vərəqlərinin sütunları meridiyandan 180 dərəcədir, zona nömrəsi sütun nömrəsindən 30 ilə fərqlənir. Buna görə xəritə vərəqinin nomenklaturasını hansı zonaya aid olduğunu bilmək asandır.
Müəyyən bir sahə üçün lazımi xəritə xəritələrinin seçilməsi və onların nomenklaturasının tez müəyyənləşdirilməsi üçün sözdə əvvəlcədən hazırlanmış xəritə cədvəlləri mövcuddur .Bunlar, meridianlar və paralellər tərəfindən 1: 100,000 miqyaslı bir xəritənin adi vərəqlərinə uyğun hüceyrələrə bölünən kiçik miqyaslı sxemlərdir və bu, milyonluq xəritənin vərəqləri içərisində seriya nömrələnməsini göstərir. Lazımi vərəqlərin siyahısı soldan sağa və yuxarıdan aşağıya çəkilir.

Topoqrafik xəritələr və planlar miqyasına və məqsədinə görə bölünür. Tərəzi üzrə: kiçik miqyaslı, orta miqyaslı və geniş miqyaslı. Kiçik miqyaslı (1: 1.000.000-dən kiçik) xəritələrə ümumi məlumat verilir; orta miqyaslı (1: 1.000.000 ilə 1: 100.000 arasında) - tədqiqat və topoqrafiya; geniş miqyaslı (1: 100000-dən 1: 5000-ə qədər) - topoqrafik. Rusiya Federasiyasında qəbul edilmiş miqyaslı seriyalar 1: 5000, 1: 2000, 1: 1000 və 1: 500 miqyaslı topoqrafik planlarla başa çatır. Tikintidə 1: 200, 1: 100 və 1:50 miqyasında planlar tərtib edilir.

Nomenklatura, topoqrafik xəritələrin və planların fərdi vərəqlərinin notasiyası sistemidir. Kartların nomenklaturası 1: 1 000 000 miqyasda beynəlxalq xəritə vərəqələrinin yerləşdirilməsinə əsaslanır Bu miqyaslı xəritə vərəqləri meridianlar və paralellər ilə məhdudlaşır və boyu 6˚ (sütunlar) və enində 4˚ (cərgələr) ölçülərə malikdir.

Daha böyük miqyaslı xəritə vərəqələri 1: 1 000 000 miqyaslı hər bir hesabatı müəyyən sayda hissəyə bölməklə əldə edilir 1: 1.000.000 miqyaslı bir xəritə vərəqi ilə əhatə olunmuş ərazidə, 1: 100,000 miqyaslı 144 vərəq xəritəsi var; 1: 100000 miqyaslı bir xəritə vərəqinin ərazisində, 1: 50,000 miqyaslı xəritənin 4 vərəqi və ya 1: 25000 16 təbəqə; 1: 25000 miqyaslı bir xəritə vərəqində 1: 10000 miqyaslı xəritənin 4 vərəqi var. 1: 5000 miqyaslı topoqrafik plan vərəqlərinin hüdudları 1: 100000 miqyaslı bir trapezoidi 256 hissəyə, 1: 2000 miqyasında 1: 5000 miqyaslı vərəqi 9 hissəyə bölməklə əldə edilir.


1: 25,000, 1: 50,000, 1: 100,000 miqyaslı topoqrafik xəritələr milli xarakter daşıyır və aşağıdakı məqsədlər üçün nəzərdə tutulub:
1.Bölgənin ətraflı öyrənilməsi və qiymətləndirilməsi 2. Arazi oriyentasiyası və hədəf təyinatı. 3. Milli iqtisadi və müdafiə əhəmiyyəti olan müxtəlif tədbirlərin hazırlanmasında və həyata keçirilməsində hesablamalar və ölçmələrin istehsalı üçün; mühəndis konstruksiyalarının planlaşdırılması və dizaynı zamanı. 4. Kartometrik işlərin təşkili və aparılması üçün. 5. Daha kiçik miqyaslı topoqrafik xəritələrin tərtibi üçün əsas kimi xidmət edin, xüsusi kartlar və digər kartometrik sənədlər
Topoqrafik xəritələrə aşağıdakı əsas tələblər qoyulur:
1. Xəritələr vahid bir koordinat sistemində, yüksəkliklərdə hazırlanmalı, yaxşı qurulmuş bir layout sisteminə və vərəqlərin nomenklaturasına, eyni zamanda vahid şərti rəmzlər sisteminə malik olmalıdır.
2. Etibarlı şəkildə, ölçüyə uyğun dəqiqlik və tamlıqla ərazinin cari vəziyyətini, tipik xüsusiyyətlərini və xarakterik xüsusiyyətlərini göstərin.
3. Vizual və oxunaqlı olmalıdır, ərazinin və onun üzərində yönəlmənin tez qiymətləndirilməsinə imkan verin.
4. Müvafiq dəqiqlik ölçüsünü, düzbucaqlı və coğrafi koordinatları, nöqtələrin mütləq hündürlüyünü və bəzi nöqtələrin digərlərindən çox olmasını, cisimlərin keyfiyyət və kəmiyyət xüsusiyyətlərini təyin etmə qabiliyyəti təmin etməlidirlər;

Ədəbiyyat


1.R.M.Əhlimanov-Kartoqrafiya


2.İnternet resusrları
3.Q.Ş.Məmmədov-Hərbi topoqrafiyanın və geodeziyanın əsasları
4.İ.H.Əhmədov-Geodeziyanın əsasları və topoqrafiya


Yüklə 39,07 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin