13
Qalib gələn yalançı pəhləvan: (qürrələnrək
) Sən canavarla tutaşan çobanla
Məğlub yalançı pəhləvan(güya
ondan qorxur) Vay dədə vay!Mən heç
bilməmişəm.Canavarla necə qurşaq tutubsan? Bir danış görək?
Qalib gələn yalançı pəhləvan:Deyirsən şücaətimdən danışım hə?
Məğlub yalançı pəhləvan:(Onu itələyərək) Utanma keç başına gələni
danış.(Arxadan səslər) Danış,danış!
Qalib gələn y.p:Danış deyirsiz, danışım da.
Qalib gələn y.p: (Qorxulu bir əhvalat danışırmış kimi) Hə.Günlərin bir günü
mən idim, Boz köpək idi birdə sürünün ağsaqqalı Kosa təkə idi.Üçümüz
də qaya
üstündə oturub sürünü otarırdıq. (heyrətlə) Bir də nə görsək yaxşıdır?
Dinləyicilərdən biri: Yəqin dovşan!
Başqa dinləyici: Yox canım, yəqin tülkü!
Qalib gələn y.p. (hər ikisinə hirslənərək) Yox canım... Bəlkə uzunquyruqlu
siçovul! Kəsin səsinizi. Nə dovşan, nə tülkü (işarə ilə) zırpı bir canavar.
Məğlub y. p.Vay dədə vay! Bəs sən ona neylədin?
Qalib gələn y.p.Heç nə. Yanımda mürgüləyən boz köpəyə dedim: - Dur
canavarı qat qabağına qov getsin.
Məğlub y. p.Köpək də durub qovaladı hə?
Qalib gələn y.p.Yox! nə durdu, nə qovaladı.
Məğlub y. p. Bəs sən neylədin?
Qalib gələn y.p.(soyuqqanlıqla) Neyləyəcəm heç nə Kosa
təkəyə dedim sən
sürünü al yanına qaç. O da qorxusundan eləmədi.
Məğlub y. p.Bəs neylədin?
Qalib gələn y.p Naəlac qalıb özüm durdum ayağa (hamı səbrlə onun nə
edəcəyini gözləyir) Əl atdım çomağa. Çomağımı da tapmadım.
Məğlub y. p.Vay vay nə oldu bəs?
Qalib gələn y.p.Tez özümə toxtaqlıq verdim.Əyildim ki yerdən daş götürüb
qovum getsin yazıqdır.(Yerə əyilir ki daşı götürüb etdiyi hərəkəti göstərsin)
Bu əsnada məğlub yalançı pəhləvan canavr maskası geyərək onu qorxudur.Qalib
pəhləvan onu görüb qışqırır və qaçmağa başlayır.
Səhnəyə aparıcı (soytarı) daxil olur:
- Gəlin çoban tapmacası oyunu oynayaq.
Dostları ilə paylaş: