12
Qara qaş, qara gözlər,
Çoban qatığı üzlər
Əli xınalı qızlar,
Əllərində çanaqlar,
Bərənin yolun gözlər
Rəqs edən qızlardan biri baş rəqqasın ifa etdiyi musiqini davam etdirir:
Sürünü döndər çoban
Qulançardan dər,çoban!
Özün topla,özün ye,
Bizə də göndər çoban
Başqa birisi:
Yapıncına gir, çoban,
Könlümü dindir çoban!
Özün çal,özün çağır,
Dağlar sənindir çoban!
Rəqs bitir. Ardınca meydançaya Bənək-çoban iti maskasında
aktyor rəqqas
daxil olur. Yeniyetmələr bənəyi dövrəyə alır,yeni musiqinin müşayəti ilə onu
oynadırlar:
Xor: Bənək ha,a Bənək ha.
Bənək ha,a Bənək ha!
Dəstəbaşı: Səhər ertə yel əsdi,
O yel səbrimi kəsdi.
Xor: Bənək ha,a Bənək ha.
Bənək ha,a Bənək ha!
Dəstəbaşı: Suyun bulaqda qaldı
Yalın yalaqda qaldı
Xor: Bənək ha,a Bənək ha.
Bənək ha,a Bənək ha!
Dəstəbaşı: Ellər arana köçdü,
Harayladı gəlmədin.
Çoban yaylaqda qaldı.
Xor : Bənək ha,a Bənək ha.
Bənək ha,a Bənək ha!
Oyun bitir.Yeniyetmələr və bənək meydanı tərk edirlr.Bu vaxt diringi(güləş)
musiqi sədaları altında meydançaya yalançı pəhləvanlar daxil olur.
Əvvəlcə onlar
qurşaq tutub meydan sulayırlar. Bayaqkı yeniyetmələrsə irəli çıxıb onları güləşə
həvəsləndirirlər. Qalib gələn yalançı pəhləvan özünü öyür:
Dostları ilə paylaş: