76
yüksək ixtisaslaşma səviyyəsində fəaliyyət göstərməlidirlər. Təkcə 1196-ci ilə süni
intellektə əsaslanan sistemlər 1996 satış həyata keçirmişdilər. Ekspert sistemlər
təşkilat daxilində informasiyanın ötürülməsi və yayılması, düzgün strategiyaların
seçilməsi proseslərində aparıcı rol oynayır.Başqa sözlə desək, şirkətlər bazardakı
səhmlərə nəzarət edərkən müdafiə strategiyası yaratmaq imkanlarını müəyyən edərək
əsas mövqeni ələ keçirmiş sayılır . 1991-ci ildən bu yana maliyyə sahəsində
istifadəsinə başlanmış ekspert sistemlər gəlirin səviyyəsi, ümumi mənfəətin
artırılması, uzunmüddətli və qısamüddətli borcların hesablanması , kadr dəyişikliyinə
nəzarət etməklə riskdən qaçmağa, keyfiyyət əmsallarının, bazar mövqeyi və işgüzar
nüfuzun yüksəldilməsinə və hətta firmanların itirilmiş statuslarının bərpasına yardım
edir.
Bu sahədə olan nailiyyətlər deməyə əsas verir ki, elə bir zaman gələcək
insanlar bu intellektual qurğuların əsirinə çevrilərək onlardan tamamilə asılı olacaq,
ancaq hələ ki bu əvəzləşdirmə tamamilə mümkün olmayıb. Hazırki dövrdə süni
intellektə əsaslanan robotexnikaya nəzər salsaq, bunun elə də uzun olmayan bir
zamanda həyata keçiriləcəyini demək mümkündür. Hər il bu sahədə həm dünya üzrə,
həm də ölkəmizdə inkişaf daha yüksək pilləyə yüksəlir və uzun illər də belə olacağı
danılmaz faktdır.
Dostları ilə paylaş: