Nqhq tikintisi və istismarı


№32. Lövbər sistemlərinin qurulması texnologiyası



Yüklə 297,09 Kb.
səhifə30/30
tarix07.01.2024
ölçüsü297,09 Kb.
#211311
1   ...   22   23   24   25   26   27   28   29   30
C fakepathmühazir Tikinti-istismar

№32. Lövbər sistemlərinin qurulması texnologiyası.


Lövbər sistemlərinin quraşdırılması dəniz əməliyyatlarının ən ağırı əməliyyatlarından hesab edilir. Belə ki, böyük çəkiyə malik lövbərlərinin və lövbər xətlərinin dəyişməsi əməliyyatları böyük zəhmət tələb edir. Əməliyyatın ağır hissələrindən biri də lövbəri üzmə vasitəsilə birləşdirən zəncirin dəniz dibindən boşluğunu aradan qaldırmaqdır. DNQQ-lərin quraşdırma nöqtəsində qurulmasından əvvəl görülən ən vacib iş: lövbərlər onlara birləşdirilmiş zəncirlər vasitəsilə dəniz dibində bərkidilməli; zəncirlər dəniz dibinə lövbər xətti istiqamətində yerləşdirilməlidirlər; bu əməliyyatlar statik təyin olunma zonasında aparılır. DNQQ-lərin saxlama sistemləri olan lövbər sisteminin qurulması iki sxem üzrə aparılır:
1. Lövbərin dibə bərkidilməsi və zəncirin dibdə yerləşdirilməsi əməliyyatı DNQQ-nin quraşdırılma zonasına gətirilməsinə qədər aparılmalıdır.
2. DNQQ quraşdırılma nöqtəsinə onun üzərində xüsusi ayrılmış yerlərdə bucurqadın barabanına sarılmış zəncir ilə və gövdədə yerləşdirilmiş lövbərlər vasitəsilə quraşdırılması.

I sxem üzrə çəkiləri 200–250 olan nəhəng konstruksiya formalı ankerlərlə işləmək daha əlverişlidir. Lövbər və lövbər zəncirlərinin DNQQ üzərində nəql eldilməsi narahatçılıq yaratdığına görə bu iki sxemi birləşdirmək mümkündür. Belə ki, lövbərlər bərələrlə gətirilərək lövbər daşıyıcı yedək gəmilərinə verilir. Lövbər zəncirləri DNQQ-nin gövdəsində yerləşmiş bucurqaddakı dartıcı troslarla gövədəyə qaldırılır.




Yüklə 297,09 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin