Nqhq tikintisi və istismarı
Dənizin dərin sularında quyuların qazılması və istismar işlərini sadələşdirmək üçün quyuağzı avadanlıqlar dənizin dibində yerləşdirilir. DSP dedikdə su hövzəsində avtonom şəkildə yerləşdirilmiş üzərində həm qazma, həm də istismar avadanlıqları yerləşdirilmiş qurğulardır. Donmayan dənizlər üçün DSP bir qayda olaraq cənub dənizləri üçün maliyyələşdirilib tikilir. Donan dənizlər üçün DSP dəmir-betondan hazırlanır. Həndəsi formalarına görə çox halda konusvari şəkildə olur. Dayaq blokları səlis betonlama ilə tikilir. Estakadalar dirək boruları ilə yığılmış hidrotexniki qurğudur. Adalar bir qayda olaraq sahil zonasına yaxın və suyun dayaz ərazisində yerləşdirilib karbohidrat yataqlarının əldə edilməsi üçün süni şəkildə qurulur. Ada klimatik şəraitə uyğun olaraq (külək, dalğa, külək sürəti, dalğa hündürlüyü) hazırlanır və həmin adalar kənardan bəndləşdirilir. Danbalar adaları sahil zonası ilə birləşdirən hidrotexniki qurğulardır. Danbaların tikintisi əsasən torpaq beton işləri ilə səciyyələnir. Danbaların bəndlərdən fərqi onlarda nəqliyyat, kommunikasiya yollarının olmasıdır. Yüklə 297,09 Kb. Dostları ilə paylaş: |