Nöqtələr
●Sual: Bəzi ayələrdə bildirilir ki, Qiyamət günü insanlar bir-birlərinə müraciət edərlər.1 Bəyan edilir ki, behişt əhli cəhənnəm əhlindən soruşar: Sizin cəhənnəmə düşməyinizə nə səbəb oldu?”2 Bəs nə üçün hazırkı ayədə insanların bir-birinə sual verməyəcəyi bildirilir?
●Cavab: Bu iki bəyanat bir birinə zidd deyil. Xalqın bir-birini sorğuya çəkməsi hesab-kitabdan sonraya aiddir və behişt əhli ilə cəhənnəm əhli arasında baş verir. Hazırkı ayədə isə Qiyamət və hesabın başlanğıc vaxtından danışılır. Bəli, insanlar behişt və ya cəhənnəmə daxil olmazdan öncə bir-birlərinə sual vermirlər.3
Dostları ilə paylaş: |