Nöqtələr
●“Bur” dedikdə fəlakət və fəsad başa düşülür. Bağ-bağatı, gül-çiçəyi, ot-ələfi olmayan torpağa “bayir” deyirlər. Mətndəki söz “bair” sözünün cəm forması da ola bilər. Onun məsdər olması da mümkündür. Yəni başdan-başa fəlakətə uğramış qövm!
●“Sübhanəkə” sözü iki yerdə işlənmişdir: Təəccübü bildirən məqamda və azğın əqidələrlə qarşılaşan zaman.
●Quranda unutqanlıq və qəflətin bir sıra səbəbləri göstərilir. Onlardan bəzilərinə nəzər salaq: Var-dövlət, ailə-övlad2; ticarət3; şeytan, təfriqə, qumar və şərab4.
Bildirişlər
1. Qiyamətdə məbudlar dilə gələr.
2. Şirkdən danışılan məqamda Allaha təsbih demək zəruridir.
3. Allah Öz nemətlərini azğınlara da əsirgəmir.
4. Var-dövlət o zaman təhlükə törədir ki, Allahın yaddan çıxmasına səbəb olsun. Var-dövlət mütləq şəkildə pis və təhlükəli deyil.
5. Bir neçə nəsli rifah içində yaşamış ailələrdə Allahı və Qiyaməti unutmaq zəmini güclü olur.
6. Var-dövlətə və rifah əhlinin dəbdəbəsinə əhəmiyyət verməyin, bütün bunlar puç olub gedəsidir.
Ayə 19:
﴿فَقَدْ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسْتَطِيعُونَ صَرْفًا وَلَا نَصْرًا وَمَن يَظْلِم مِّنكُمْ نُذِقْهُ عَذَابًا كَبِيرًا﴾
“(Allah-təala həmin gün müşriklərə buyurar:) «Bu məbudlar sizin sözlərinizi inkar etdilər. Onlar nə Allahın qəzəbini aradan qaldırmağa, nə də himayə etməyə qadirdirlər. Hansınız zülm etmiş olsanız ona böyük əzab daddırarıq.»”
Dostları ilə paylaş: |