Ayə 74, 75, 76:
﴿قَالُوا بَلْ وَجَدْنَا آبَاءنَا كَذَلِكَ يَفْعَلُونَ قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ﴾
“Bütpərəstlər dedilər: «(Xeyr,) biz atalarımızın belə etdiyini gördük.» İbrahim dedi: «Pərəstiş etdiyinizə (dərindən) baxırsı-nızmı? Siz və sizin öncəki ata-babalarınız (diqqət ediblərmi)?»”
Nöqtələr
●Quranda 130 dəfədən çox həzrət Musanın (ə) adı qeyd olunmuşdur. Digər peyğəmbərlərdən daha çox (Musadan (ə) sonra) həzrət İbrahimin (ə) adı ilə rastlaşırıq.
●Rəvayətlərə əsasən ayədəki “əb” sözü İbrahimin (ə) əmisi Azərə işarədir. Çünki İbrahim kimi peyğəmbərin atası kafir ola bilməzdi. “Əb” sözünün “tərbiyəçi”, “baba”, “qaynata” kimi lüğət mənaları və “Bəqərə” surəsinin 133-cü ayəsində həm baba, həm də əmi “əb” adlandırılmışdır.
●Elm əhlinə təqlid təkamül və tərəqqi vasitəsi ola bilər.1 Amma nadana təqlid süquta səbəb olur. İnsanın heç bir araşdırma aparmadan adət-ənənələrə tabe olması cəmiyyətdəki sabitliyi pozur, düşüncə və həqiqətin tanınması yolunda maneəyə çevrilir.
●Həzrət İbrahim (ə) bütün yəhudi və məsihi qrupları tərəfindən qəbul olunduğu üçün Peyğəmbər (s) dövründəki kitab əhlinə və müsəlmanlara onun tarixini bəyan etmək ibrətamiz idi.
●“Rəəytum” sözü müxtəlif köklərə əsasən, həm gözlə, həm də ağılla görmək mənasını daşıya bilər.
Dostları ilə paylaş: |