Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu


﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ﴾



Yüklə 1,19 Mb.
səhifə460/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   456   457   458   459   460   461   462   463   ...   522
﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ﴾

(Elə ki, hud-hud məktubu Bilqeysə tərəf atdı, Bilqeys təəccübləndi və) dedi: «Ey əyanlar, mənə tərəf çox dəyərli bir məktub atıldı.»”


Ayə 30:


﴿إِنَّهُ مِن سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ﴾

Məktub Süleymandandır və (onun məzmunu) budur: “Bağışlayan və mehriban Allahın adı ilə...”


Ayə 31:


﴿أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ﴾

Özünüzü məndən üstün tutmayın, yanıma gəlib təslim olun.”



Nöqtələr


●Süleymanın məktubunu Bilqeysin hansı səbəbdən dəyərli sayması ilə bağlı müəyyən nöqtələr qeyd olunub: mübarək “Bismillahir-Rəhmanir-Rəhim” cümləsi; məktubun Süleyman tərəfindən möhürlənməsi; məktubun doğru yola çağıran məzmunu; Süleymanın yüksək məqamı (ola bilsin ki, Bilqeys bütün bu nöqtələri nəzərdə tutmuşdur.)

Bildirişlər


1. Bilqeysin müxtəlif məlumatları və hadisələri müzakirə etdiyi müşavirləri vardı.

2. Qadın üçün savad bir dəyərdir.

3. Bilqeys iti zehnə və yüksək müşahidəçilik qüdrətinə malik idi.

4. Nəsihət və təbliğə mehribanlıq və mərhəmətlə başlayaq.

5. Hətta bir neçə kəlməlik məktubda “Bismillahir-Rəhmanir-Rəhim” cümləsini qısa yox, tam şəkildə yazaq.

6. Peyğəmbərlər qarşısında təkəbbür Allah qarşısında təkəbbürdür.

7. Təkəbbürdən uzaqlıq haqq qarşısında təslimçilik üçün zəmindir.

8. Məktubları sadə və xülasə şəkildə yazaq. Əlavələri ixtisara salıb məqsədləri aydınlaşdıraq. Məktubda lənət və təhqirdən çəkinək. Həm mərhəmət, həm də ciddiliyə yer verək.


Ayə 32:


﴿قَالَتْ يَا أَيُّهَا المَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّى تَشْهَدُونِ﴾

(Bilqeys) dedi: «Ey əyanlar! İşimlə bağlı fikrinizi deyin. (Bu vaxtadək) sizsiz bir iş görməmişəm.»”


Ayə 33:


﴿قَالُوا نَحْنُ أُوْلُوا قُوَّةٍ وَأُولُوا بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانظُرِي مَاذَا تَأْمُرِينَ﴾

(Əyanlar) dedilər: “Biz çox güclü və cəsuruq. (Bir məktub qarşısında mövqeyimizdən çəkinməməliyik.) amma ixtiyar sənin əlindədir. Fikrini bildir, görək nə əmr edirsən? (Biz də var qüvvəmizlə çalışaq.)”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin