Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə162/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   158   159   160   161   162   163   164   165   ...   522

Nöqtələr


●Surənin 4-cü ayəsi nazil olduqdan və pak qadınlara böhtan məsələsi açıqlandıqdan sonra Səd İbn İbadə dedi: “Ey Allahın rəsulu! Əgər bir kişi evə girib arvadının yanında başqasını görsə, nə etsin? Əgər o fəryad çəksə, qamçılayacaq. Çünki təkdir və şahidi yoxdur. Əgər sussa, qeyrətini əldən verəcək. Əgər şahid ardınca getsə zinakarlar uzaqlaşacaq.” Bir sözlə, səksən çubuq məsələsi Səd İbn İbadə üçün qaranlıq qalmışdı. Həmin vaxt Hilal ibn Üməyyə adlı bir şəxs həyəcan içində məclisə daxil olub Peyğəmbərə (s) ərz etdi: “Arvadımı bir kişi ilə zina etdiyi vaxt gördüm. And olsun Allaha doğru deyirəm.”

Peyğəmbər (s) narahat oldu. Həzrətin səhabələri də həyəcanlandılar. Belə ki, namusu əldən getmiş kişi qamçılanmalıydı da! Çünki onun sözünü təsdiq edəcək şahidi yox idi. Həmin məqamda hazırkı ayə nazil oldu.

Qadın da kişi kimi özünü müdafiə etmək hüququna malikdir. Yoxsa kişi dörd dəfə and içməklə həyat yoldaşını daşqalağa məhkum edə bilərdi. İslam hamının hüququnu müdafiə edir. Kişinin uyğun qanundan sui-istifadəsinin qarşısını almaq üçün qadına öz paklığını sübut etmək imkanı verilir. Qadın dörd and içməklə və ərinin yalan danışdığını bildirməklə daşqalaqdan qurtara bilər.

O, sözünü daha da möhkəmləndirmək üçün deyir ki, əgər ərim doğru deyirsə, Allahın qəhr-qəzəbinə gəlim.

Kişinin beşinci cümləsində Allahın lənəti, qadının beşinci cümləsində Allahın qəzəbi yad olunur. Qəzəb lənətdən də şiddətlidir. Çünki böhtanla üzləşmiş kəs daha çox həssasdır və daş-qalaqdan qurtulmaq üçün Allahın qəzəbinə düçar olmağa hazırdır.

Bir sözlə, qazi və İslam hakiminin hüzurunda dilə gətirilən bu cümlə “ləan” (bir-birini lənətləmək) adlanır. Bu istiqamətdə xüsusi fiqhi və hüquqi məsələlər bəyan olmuşdur. Qazi və İslam hakimi qadın və kişiyə nəsihət verməli, onları bir-birini lənətləməkdən çəkindirməyə çalışmalıdır. Səylər nəticə vermədikdə qadın və kişi Məscidül-Həram və Məscidün-nəbi kimi müqəddəs yerlərə aparılmalı və üzü qibləyə dayandırılmalıdır. Sonra bir-birini lənətləmə mərasimi icra olunmalıdır.

●Lənətləmə və and mərasimi ilə yanaşı İslam müəyyən qanunlar nəzərdə tutmuşdur. Bu qanunlara əməl olunmalıdır:

1. Qadın və kişi talaq (boşanma) siğəsi oxunmadan bir-birindən həmişəlik ayrılır və onlara yenidən evlənmək üçün müraciət haqqı verilmir.

2. Kişiyə səksən qamçı vurulmur, qadın daşqalaq edilmir.

3. Həmin qadın dünyaya uşaq gətirsə, bu uşaq kişiyə yox, qadının özünə aid olur.

●Bu bir neçə ayədə məlum olur ki, Allah zinanın isbatı üçün dörd şahid, ya lənət və qəzəblə müşayiət olunan dörd and müəyyənləşdirməklə Öz fəzl və rəhməti əsasında rüsvayçılığa mane olur. Adi halda hər gün minlərlə kişi və qadın bir-birini rüsvay edir, qəbilə-tayfasını çətinliyə salır.

Bəli, qadının öz şəxsiyyətini müdafiə etməsi və bir neçə cümlə deməklə daşqalaqdan qurtulması ilahi fəzl nişanəsidir. Belə olmasaydı, bir çoxları daşqalaq edilər, şəxsiyyətləri alçalar, ailələri dağılardı.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin