Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə161/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   522

Nöqtələr


●Hədisdə oxuyuruq: “Pak qadınları zinada ittiham etməklə alçaldan kəsin tövbəsi xalq qarşısında dediklərini təkzib etməkdir.”2

Bildirişlər


1. Tövbə dini və ictimai həyatın təzələnmə səbəbidir.

2. İslam ardıcılları heç vaxt çıxılmaz vəziyyətə düşmürlər.

3. Tövbə səhvin aradan qaldırılması və yaxşı əməllə müşayiət olunmalıdır.

4. Ümidsizlik qadağandır.

5. Tövbə yolunun açıq olması ilahi mərhəmət nişanəsidir.

Ayə 6:


﴿وَالَّذِينَ يَرْمُونَ أَزْوَاجَهُمْ وَلَمْ يَكُن لَّهُمْ شُهَدَاء إِلَّا أَنفُسُهُمْ فَشَهَادَةُ أَحَدِهِمْ أَرْبَعُ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الصَّادِقِينَ﴾

Arvadlarını zinada ittiham edən, özündən başqa şahidi olmayan kəslərin hər biri öz iddiasının sübutu üçün dörd dəfə Allaha and içməlidir ki, həqiqətən, o, doğru danışanlardandır.”


Ayə 7:


﴿وَالْخَامِسَةُ أَنَّ لَعْنَتَ اللَّهِ عَلَيْهِ إِن كَانَ مِنَ الْكَاذِبِينَ ﴾

Beşinci dəfə deməlidir: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət etsin!”


Ayə 8:


﴿ وَيَدْرَأُ عَنْهَا الْعَذَابَ أَنْ تَشْهَدَ أَرْبَعَ شَهَادَاتٍ بِاللَّهِ إِنَّهُ لَمِنَ الْكَاذِبِينَ﴾

Qadının dörd dəfə Allaha and içib, həmin kişinin yalan danışdığını bildirməsi onu əzabdan uzaqlaşdırar.”


Ayə 9:


﴿وَالْخَامِسَةَ أَنَّ غَضَبَ اللَّهِ عَلَيْهَا إِن كَانَ مِنَ الصَّادِقِينَ﴾

(Qadın) beşinci dəfə də desin: “Əgər o kişi doğru deyirsə, Allahın qəzəbinə gəlim.”


Ayə 10:


﴿وَلَوْلَا فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ وَأَنَّ اللَّهَ تَوَّابٌ حَكِيمٌ﴾

Əgər sizə Allahın fəzl və rəhməti olmasaydı (rüsvay olardınız və ailəniz dağılardı). Şübhəsiz, Allah tövbələri qəbul edən və hikmət sahibidir.”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin