Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu


Nöqtələr ●“Ğurfə” dedikdə yerdən yuxarı, gözəl otaq nəzərdə tutulur. Bildirişlər



Yüklə 1,19 Mb.
səhifə318/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   314   315   316   317   318   319   320   321   ...   522

Nöqtələr


●“Ğurfə” dedikdə yerdən yuxarı, gözəl otaq nəzərdə tutulur.

Bildirişlər


1. Behişti bəhanəyə yox, bahasına verirlər.

2. Allah bəndəsi olmaq üçün səbir və dözümə ehtiyac var.


Ayə 77:


﴿قُلْ مَا يَعْبَوُاْ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ فَقَدْ كَذَّبْتُمْ فَسَوْفَ يَكُونُ لِزَامًا﴾

De ki, əgər dua etməsəniz Rəbbim sizi dəyərli bilməz. Siz haqqı təkzib etdiniz və tezliklə təkzibinizin cəzası sizi yaxalayacaq.”



Nöqtələr


●«Əl-ib» (cəm: əba) dedikdə çəki, ağırlıq mənası anlaşılır. “Ma yəbəu bikum Rəbbi”, yəni Allah sizi dəyərli bilmir, yalnız dua və ibadət etməklə dəyərli sayılarsınız.

●“Duaukum” sözü iki cür mənalandırılır:

a) Sizin Allah dərgahına dua etməyiniz, nalələriniz, yalvarışlarınız Allahın sizə diqqətinə səbəb olar. Hədisdə oxuyuruq: “Dua əhli olan kəs həlak olmaz.”1 Sonra Allah dua etməyənləri qınayaraq bildirir ki, siz haqqı təkzib etdiniz, yalvarış əvəzinə bütlərin, nəfs istəklərinizin və zalım hakimlərin sorağınca getdiniz. Bildirilir ki, təkzib edənlər öz cəzalarına çatacaqlar.

b) Allahın xalqı dəvəti: xalqı haqqın qəbuluna dəvət və xəbərdarlığın başa çatdırılması ilahi sünnədir. Bu dəvət olmasa, insan dəyərə çatmaz. İnsana dəyər verən onun Allah dəvətini qəbul etməsidir. Bildirilir ki, siz ilahi dəvəti qəbul etmədiniz, sizə heç bir ümid yoxdur və əməlinizin cəzasına çatarsınız.

●“Zariyat” surəsinin 56-cı ayəsində buyurulur: “İns və cini yalnız ibadət üçün yaratdım.” Bu ayədə isə buyurulur ki, insan dua etməsə, dəyərə çatmaz. Bəli, dua ibadətin ruhu və canıdır.1


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin