Bildirişlər
1. Firon tanrılıq iddiasında idi. Amma Musanın (ə) möcüzəsi ilə bağlı iş bir yerə çatdı ki, hamı sehrbazlara tabe olub, onların sözünü həlledici saydı.
2. Musanın (ə) möcüzəsini görən Firon sehrbazların qələbəsinə əmin deyildi.
3. Hətta söhbət əqidədən gedəndə belə maddiyyatçı fərdlər puldan dəm vururlar.
4. Sehrbazlar özlərini düşünürdülər və məqsədləri muzd almaq idi. Onları haqq və batil maraqlandırmırdı. Amma peyğəmbərlərin bütün işlərdə şüarı xalqdan təmənnasızlıq idi.1 Sehrbazlar isə kiçik bir hərəkətə görə muzd alırdılar.
5. Həqiqi imandan məhrum insan Fironun qızıl-gümüşünə göz dikir. Allaha üz tutduqdan sonra isə bütün varlıq aləmi insanın nəzərində kiçilir, o, rahatlıqla canını fəda edir.2
6. Bəzən məqam və etibar var-dövlətdən üstün olur.
Ayə 43:
﴿قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ﴾
“(Vəd olunmuş gün çatdı və bütün sehrbazlar bir yerə toplandılar.) Musa onlara dedi: “Atmaq istədiyinizi atın.”
Ayə 44:
﴿فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ﴾
“(Sehrbazlar) öz kəndirlərini və əsalarını atdılar və dedilər: “And olsun Fironun izzətinə, şübhəsiz, biz qalibik.”
Dostları ilə paylaş: |