Ayə 214-215:
﴿وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ﴾
“Yaxın qohumlarını qorxut. Sənə itaət edən möminlərə qoynunu aç.”
Ayə 216-217:
﴿فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ﴾
“Əgər boyun qaçırsalar de ki, mən sizin işlərinizdən zara gəlmişəm. Yenilməz və mehriban Allaha təvəkkül et.”
Nöqtələr
●214-cü ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) yaxın qohumları qonaq çağırdı. Qonaqlıqdan sonra onları şirk və bütpərəstlikdən çəkinməyə dəvət etdi.1
●“Əşirət” sözü ola bilsin ki, yaxınların ünsiyyəti ilə bağlıdır və qohumlar mənasında işlədilmişdir.
●Başqalarına yaxşılıqda insanın yaxınları müqəddəmdir.
●Qanad, qoyun açmaq təbiri Quranda iki yerdə işlədilmişdir: Peyğəmbərin möminlərə qoynunu açması, övladın valideynə qoynunu açması.2
●Ayədə qadınlara da xitab olunur. “Əl-mizan” təfsirində Təbəranidən nəql olunur ki, peyğəmbər qadın qohumları da dəvət etmişdir.
Dostları ilə paylaş: |