Bildirişlər
1. Vəhyi alan tərəf Allahın rəsuludur.
2. Quran ilahi elm və hikmət qaynağıdır.
3. Peyğəmbərin elmi ilahi elmdir.
4. Quranın göndərilməsində və qəbulunda heç bir etibarsız vasitə yoxdur.
5. Dinin hökmləri ilahi elm qaynağındandır və hər bir göstərişdə hikmət mövcuddur.
Ayə 7:
﴿إِذْ قَالَ مُوسَى لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ﴾
“(Yada sal) o zaman ki, Musa öz ailəsinə dedi: “Həqiqətən, mən od hiss etdim. (Siz burada qalın,) tezliklə sizin üçün ya bir xəbər, ya da od parçası gətirərəm. Bəlkə qızınasınız.”
Ayə 8:
﴿فَلَمَّا جَاءهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ﴾
“Elə ki (Musa) onun yanına gəldi, nida olundu ki, odda və onun ətrafında olan hər kəsə bərəkət verilmişdir. Aləmlərin Rəbbi olan Allah pak-pakizədir.”
Ayə 9:
﴿يَا مُوسَى إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ﴾
“Ey Musa! Həqiqətən, bu Mənəm, yenilməz və hikmət sahibi olan Allah!”
Dostları ilə paylaş: |