Nur təFSİRİ SƏKKİZİNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,19 Mb.
səhifə480/522
tarix02.01.2022
ölçüsü1,19 Mb.
#2349
növüDərs
1   ...   476   477   478   479   480   481   482   483   ...   522

Nöqtələr


●Quranda Səmud qövmünün bir neçə vasitə ilə məhv edildiyi bildirilir: zəlzələ1; ildırım2; dağıdıcı səs3. Əlbəttə ki, hər üç əzabın eyni vaxta nazil olması mümkündür.

●Allahın zalımlara qarşı tədbirlərindən biri onlara möhlət və nemət verməsidir. Bu nemətlər onların başını qatır. Günah yükləri ağırlaşdıqdan sonra onlar qəfil əzaba düçar olurlar.


Bildirişlər


1. Allah insanın günahına münasib cəza verir.

2. Allah övliyalarına qarşı qurğu quranlar Allaha cavab verməli olurlar.

3. Kafirlərin tədbirlərinə siz də öz tədbirlərinizlə cavab verməlisiniz.

4. Allah insanların tədbirini bilir, amma insanlar Allahın tədbirlərindən xəbərsizdirlər.

5. Allahın qamçısı səssizdir.

6. Tarix müəyyən qanun və sünnələr üzərində qurulmuşdur. Bu qanunlara diqqət digər dövrlərdə də faydalıdır.

7. İlahi sünnə haqqın qələbəsi üzərində qurulmuşdur.

8. Tələsik qərar verməyin. Bəzilərinin hiyləgərliklə əldə etdiyi sizi çaşdırmasın. İşin sonuna baxın.

9. Düşmənlər çirkin məqsədlərinə çatmasalar da öz hazırlıqlarına görə Allahın qəzəbinə gəlirlər. (Düşmənlər and içmişdilər ki, peyğəmbəri öldürsünlər. Amma məqsədlərinə çatmayıb özləri həlak oldular.)

10. Azğınlara tabeçiliyin cəzası var.


Ayə 52:


﴿فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْلَمُونَ﴾

Bu onların evləridir. Zülm etdiklərindən viran və boş qaldı. Şübhəsiz, bunda (bu cəzada) elm və agahlıq sahibləri üçün aşkar nişanə var.”


Ayə 53:


﴿وَأَنجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ﴾

Möminləri və təqva əhlini (təhlükədən) qurtardıq.”




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   476   477   478   479   480   481   482   483   ...   522




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin