1. İnsanın maddi ehtiyaclarının təmini ümumi təminatda ilahi qüdrət nişanəsidir.
2. İmkan və fəzl Allahdan, iş və səy isə bizdəndir.
3. Dənizdən əldə etdiyimiz nemətlər Allahın fəzlidir.
4. Allahın rübubiyyəti Onun daimi rəhməti ilə müşayiət olunur.
● ayə 67:
﴿وَإِذَا مَسَّكُمُ الْضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلاَّ إِيَّاهُ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ الإِنْسَانُ كَفُورًا﴾
“Əgər dənizdə bir çətinliyə düçar olsanız, Allahdan qeyri çağırdıqlarınız məhv olub itər. Elə ki, (Allah) sizə nicat verib quruya çatdırdı, Ondan üz döndərərsiniz. İnsan çox nankordur.”
Dostları ilə paylaş: |