● ayə 90:
﴿وَقَالُواْ لَن نُّؤْمِنَ لَكَ حَتَّى تَفْجُرَ لَنَا مِنَ الأَرْضِ يَنبُوعًا﴾
“Dedilər: Bizim üçün yerdən çeşmə qaynatmayınca sənə iman gətirmərik.”
● ayə 91:
﴿أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ الأَنْهَارَ خِلالَهَا تَفْجِيرًا﴾
“Ya da arasından çaylar axan xurma və üzüm bağların olsun.”
● Heç vaxt qurumayan, daim axan çay “yənbu” adlanır.
● Quran möcüzəsini inkar edən müşriklər iman gətirmələri üçün maddi bəxşişləri şərt qoyur, Peyğəmbərdən (s) yersiz şeylər umurdular. Onlar unudurdular ki, Peyğəmbər (s) inadkar xalqın istəklərini yerinə yetirmək üçün yox, öz peyğəmbərliyini gerçəkləşdirmək üçün möcüzə gətirir. Möcüzə gətirməkdə məqsəd əyləncə və ya işdən qaçmaq istəyi deyil.
● Müxaliflərin yersiz istəkləri, qəlbidaşlığı, inadkarlığı, bəhanəçiliyi, məqsəddən xəbərsizliyi, ədəbsizliyi Peyğəmbərdən (s) yersiz istəklərlə nəticələnirdi. Onlar su arxı, bağ, çay, səmanın süqutunu, mələklərin önə gətirilməsini, qızıl ev, göyə uçuş, Allahdan xüsusi bir namə tələb edirdilər.
Dostları ilə paylaş: |