Bildirişlər
1. Allah Öz peyğəmbərlərinə arxa durur.
2. Allah peyğəmbərlərə möcüzə verməklə yetərli dəlillər gətirir, höccəti tamamlayır, bəhanəyə yer qalmır.
3. Tərs insanların daha çox dəlil və möcüzəyə ehtiyacı var.
4. Möcüzə aşkar və qəti olmalıdır.
5. Peyğəmbərlər xalqın sorağına gəlmiş həkimlərdir. (Həzrət Əli (ə) Nəhcül-bəlağənin 108-ci xütbəsində həzrət Peyğəmbəri (s) ümmətin həkimi kimi tanıtdırır.)
6. Təkəbbür əhli möcüzə və dəlillərə təhqirlə cavab verir.
● Ayə 102:
﴿قَالَ لَقَدْ عَلِمْتَ مَا أَنزَلَ هَـؤُلاء إِلاَّ رَبُّ السَّمَاوَاتِ وَالأَرْضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَا فِرْعَونُ مَثْبُورًا﴾
“Musa dedi: “Şübhəsiz, bilirsən ki, bu (möcüzələri) yalnız göylərin və yerin Rəbbi sizin bəsirətiniz üçün göndərib. Ey Firon! Güman edirəm ki, sən həlak olmuşsan.”
Nöqtələr
● Sual: Musa Fironun həlak olmasına əmin olduğu halda nə üçün “güman edirəm” deyir?
Cavab: Əvvəla, “güman edirəm” təbiri qəti bir məsələyə də aid ola bilər. İkincisi, ola bilsin ki, Fironun hidayətinə ümid vardı. Üçüncüsü, düşmən həya pərdəsini yırtmadığı vaxt, ədəb qaydasına əsasən biz də hədd gözləməliyik. Musa Fironun sözünə uyğun şəkildə cavab verdi.
Dostları ilə paylaş: |