Bildirişlər
1. Başqalarının azğınlıq və büdrəməsinə biganə qalmaq olmaz. (Kəhf əshabı öz qövmünün azğınlığına görə narahat idi.)
2. İlahi insanların ən böyük narahatlığı xalqın əqidə çaşqınlığıdır.
3. Əqidə məsələlərində təqlid məntiqsizdir. Əqidə seçərkən aşkar dəlilə istinad etmək lazımdır.
4. Şirk Allaha iftiradır və əsassızdır.
5. Yalan zülm, yalançı zalımdır. Allaha yalan aid edən kəs daha zalımdır.
● Ayə 16:
﴿وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحمته ويُهَيِّئْ لَكُم مِّنْ أَمْرِكُم مِّرْفَقًا﴾
“Müşriklərdən və onların Allahdan başqa pərəstiş etdiyi tanrılardan uzaqlaşdığınız vaxt mağaraya sığının ki, Rəbbiniz sizin üçün Öz mərhəmətindən əta etsin və sizin üçün işinizdə açılış qərar versin.”
Dostları ilə paylaş: |