● Ayə 66:
﴿قَالَ لَهُ مُوسَى هَلْ أَتَّبِعُكَ عَلَى أَن تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا﴾
“Musa ona (Xızra) dedi: «Kamal üçün sənə öyrədilənləri mənə öyrədəsən deyə ardınca gəlimmi?»”
Nöqtələr
● Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Musa Xızrla görüşdüyü vaxt bir quş dəryadan dimdiyinə su alıb sonra yerə atdı. Xızr Musaya dedi: “Quşun bu işinin nə demək olduğunu bildinmi? O bizə anladır ki, Allahın elmi ilə müqayisədə bizim elmimiz dərya ilə müqayisədə bu damla kimidir.”1
● Bu qısa ayələrdə ustada münasibətdə ədəb və təvazödən danışan çoxsaylı nöqtələr var. O cümlədən: Musa şagirdliyə icazə ilə başladı; özünü ustada ardıcıl kimi tanıtdırdı; Xızrı ustad kimi qəbul etdi; özünü ustadın elmlərindən bir hissəsinin şagirdi saydı; ustadın elmini qeyblə əlaqəli bildi; ustadın elmini təsirli saydı; “Allah sənə öyrətdiyi kimi sən də mənə öyrət”, dedi; itaətsizlik etməyəcəyini vəd etdi; ustadın iş və sözlərini əmr saydı; gələcəklə bağlı vəd verməyib “inşaəllah” söylədi.
Dostları ilə paylaş: |