● Ayə 86:
﴿حَتَّى إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا﴾
“Elə ki, günəşin qürub yerinə çatdı, onun qara və palçıqlı çeşmədə batdığını gördü. Onun yanında bir qövm də tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onların arasında yaxşı yolu tut (hamısını bağışla).»”
Nöqtələr
● Pis qoxulu qara və isti palçıq “həmiə” adlanır.
Bildirişlər
1. Peyğəmbərlər və Allahın övliyaları problemlərin həlli və xalqın qurtuluşu üçün təkcə dua ilə kifayətlənməz, şəxsən qiyam qaldırardılar.
2. Agah və məqsədli səyahət bəyənilmişdir.
3. Zül-Qərneyn peyğəmbər idi. Çünki Allah ona müraciət edir.
4. Bəzən müdirlər və rəhbərlər üçün səlahiyyətlər müəyyənləşdirmək lazım gəlir. (Allah Öz övliyalarına müəyyən ixtiyarlar verir.)
5. Qərbdə küfrün uzun keçmişi var.
6. Peyğəmbərlər xalqdan kənarda dayanmamalıdırlar.
Dostları ilə paylaş: |