Bildirişlər
1. Xalq öz sualları ilə peyğəmbərlərə müraciət edir və cavab alırdı.
2. Rəhbər və din təbliğatçısı tarix və mühüm tarixi hadisələrlə tanış olmalıdır. Xalq rəhbərə müxtəlif suallarla müraciət edir. Necə ki, bəzi ayələrdə peyğəmbərdən ruh haqqında soruşulur.
3. Xalqın yerli və məntiqi suallarını cavabsız buraxmayaq.
4. Suallara tələsik cavab verməyək.
5. Tarix və onun takrarlanması yalnız xatırlatma və ibrət məqsədi ilə dəyərlidir.
6. Xalqın sualları bəzi ayələrin nazil olması üçün zəmindir.
● Ayə 84:
﴿إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا﴾
“Həqiqətən, Biz yer üzündə ona (Zül-Qərneynə) qüdrət verdik, ona hər şeydən vasitə əta etdik.”
● Ayə 85:
﴿فَأَتْبَعَ سَبَبًا﴾
“O, səbəb ardınca getdi (öz səfərinə başladı).”
Nöqtələr
● Həzrət Əlinin (ə) Bəlxli gəncə öyrətdiyi duada (“Məşlul” duası) oxuyuruq: “Ey Zül-Qərneyni sitəmkar padşahlara qalib edən Allah!” Həzrətdən nəql olunmuş bir hədisdə onun dilindən bildirilir ki, Zül-Qərneyndə padşahlıq və peyğəmbərlik nişanəsi vardı, haqqı batildən seçəcək həddə hər şeydən xəbərdardı, Allah şəhərləri və qəlbləri ona təslim etmişdi.1
● Zül-Qərneyn və Süleyman yer üzünə hakim olmuş iki mömin şəxs idi. Buxtun-Nəsr və Nəmrud isə əksinə, yer üzündəki kafir hakimlərdən idilər.2
● Allah Öz övliyalarına ilahi yolda istifadə üçün qüdrət verir. Həzrət Süleyman, Həzrət Yusif və bəzi möminlər bu qəbildəndir. Quran Allahın yaxşı bəndələri haqqında buyurur: “Onlar imkan və qüdrət verdiyimiz zaman namazı bərpa edən, zəkat ödəyən, yaxşılığa çağırıb, pisliyə qadağan qoyan kəslərdir.”1 Öz qüdrətindən batil yolda istifadə edənlər isə məzəmmət olunur və onların haqqında buyurulur: “Öz qüdrət və hakimiyyətlərindən sui-istifadə etdikləri üçün sizdən öncə çoxlarını məhv etdik.”2
Dostları ilə paylaş: |