● Ayə 109:
﴿قُل لَّوْ كَانَ الْبَحْرُ مِدَادًا لِّكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَن تَنفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا﴾
“De ki, əgər dəniz Rəbbimin kəlmələri üçün mürəkkəb olsa, Onun kəlmələri sona çatmamış dəniz sona çatar. Başqa oxşar dəniz köməyə gətirsən də!”
Nöqtələr
● “Midad” dedikdə mürəkkəbə qatılan cövhər nəzərdə tutulur. Qələm kağız üzərində onun köməyi ilə yazır.
● “Rəbbin kəlmələri” dedikdə ya vədlər və yaranmışlar, ya hikmətlər və məfhumlar, ya vəhy və ya Allahın hər hansı nişanəsi nəzərdə tutulur. Demək, hər bir zərrə, atom, hüceyrə Rəbbin kəlmələrindən biridir.
Dostları ilə paylaş: |