Nöqtələr
● Bu ayədə həm tövhid, həm nübuvvət, həm məad, həm ilahi rəhmətə ümid, həm ona çatmaqda səy, həm də əməldə ixlas mövzularına toxunulmuşdur. Bu səbəbdən Peyğəmbər (s) buyurur: “Ümmətimə yalnız “Kəhf” surəsinin son ayəsi nazil olsaydı, onlar üçün yetərdi.”1
● Bir çox rəvayətlərdə bu ayə ilə bağlı ixlasın əhəmiyyətindən, riya təhlükəsindən, gizli şirkdən söz açılır.
● İmam Rza (ə) Məmunu qulamının tökdüyü su ilə dəstəmaz alan vəziyyətdə görüb bu ayəni tilavət etdi və ona anlatdı ki, dəstəmaz və digər ibadi işlərdə başqasından yardım almaq şirkdir və əməli batil edir.2
● Hədisdə deyilir: Hər kəs yatmazdan qabaq bu ayəni oxusa, istədiyi saatda yuxudan oyanar.3
Dostları ilə paylaş: |