bağışlayan və mehriban Allahın adı ilə
● Ayə 1-2:
﴿كهيعص ذِكْرُ رَحْمَةِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا﴾
“Kaf, ha, ya, əyn, sad; (bu surədə) Rəbbinin Öz bəndəsi Zəkəriyyaya lütfü yad olunur.
● Ayə 3:
﴿إِذْ نَادَى رَبَّهُ نِدَاء خَفِيًّا﴾
“O zaman ki, öz Rəbbini gizli bir nida ilə çağırdı.”
Nöqtələr
● “Kaf, ha, ya, əyn, sad” hərfləri Quranın müqəttəə hərflərindəndir və onlarda bir rəmz var. Bəzi dualarda Allahı bu hərflərə and verərək deyirik: “Kaf, ha, ya, əyn, sad haqqında”. Həzrət Əli (ə) də öz duasında Allahı bu hərflərə and verərək çağırır.1
● “Nida” dedikdə uca səslə çağırış başa düşülür. “Xəfiyya” asta yox, gizli mənasını bildirir. Çünki belə bir nida ahəstə yox, gizli ola bilər.2
Ola bilsin ki, Zəkəriyya xalqın ona istehza edəcəyindən çəkinərək gizli dua etmişdir. Xalq deyə bilərdi ki, nə üçün bu qoca kişi Allahdan övlad istəyir?!
● “Zəkəriyya” adı Quranda yeddi dəfə zikr olunur. Zəkəriyya Bəni-İsrail peyğəmbərlərindən, Musanın qardaşı Harunun övladlarından biri olmuşdur.
● Hədisdə deyilir: “Ən üstün dua gizli duadır.3
Dostları ilə paylaş: |