“MƏRYƏM” SURƏSİ (19-cu surə, 98 ayə) On altıncı cüz “Məryəm” surəsinin siması
98 ayədən ibarət olan “Məryəm” surəsi Quranın 19-cu surəsidir və Məkkədə nazil olmuşdur. (Bəziləri bu surənin 58-ci və 71-ci ayələrinin Mədinədə nazil olduğunu bildirirlər.)
Surə digər Məkkə surələri kimi qiyamət, günahkarların taleyi, yaxşı əməl sahiblərinin mükafatı, Zəkəriyyanın, Məryəmin, İsa ibn Məryəmin, Yəhyanın, İbrahimin, İsmailin və İdrisin əhvalatları mövzularından təşkil olunmuşdur.
“Əl-mizan” təfsirində oxuyuruq: “Allah bu surənin son iki ayəsində buyurur: “Bu surəni müjdə və xəbərdarlıq məqsədi ilə nazil etdik” və bu məqsəd peyğəmbərlərin həyatından danışan gözəl dastanlar formasında izlənilmişdir.
Quranda 34 dəfə Məryəmin adı çəkilir. Allah Quranda Məryəmdən savay heç bir qadının adını xüsusi zikr etməmişdir. Qadın adı ilə adlandırılmış yeganə surə “Məryəm” surəsidir.
Surənin tilavətinin (oxunmasının) fəziləti haqqında qeyd olunur ki, bu surəni ardıcıl şəkildə oxuyan şəxs Allah tərəfindən can, mal və övlad baxımından ehtiyacsız edilməmiş dünyadan getməz.1
Şübhəsiz, bu surənin göstərişlərinə əməl etməklə insan özünü başqalarından ehtiyacsız görəsidir.
﴿بسم الله الرحمن الرحيم﴾
Dostları ilə paylaş: |