Bildirişlər
1. Allah istəyəndə uşaq beşikdə dilə gəlib şayiələri, fitnələri aradan qaldırır.
2. Özümüzü tanıtdırarkən hər şeydən öncə Allaha bəndə olduğumuzu bildirək. Bu ən böyük iftixardır.
3. Bütün ilahi feyzlərin qaynağı Allaha bəndəlikdir.
4. Peyğəmbərlikdə (və imamətdə) hansısa yaş şərt qoyulmayıb.
● Ayə 31:
﴿وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا﴾
“Harada olsam, Allah məni bərəkət səbəbi etmiş, həyatım boyu mənə namaz və zəkatı tapşırmışdır.”
● Ayə 32:
﴿وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا﴾
“Məni anama qarşı xeyirxah qərar vermiş, (xalqa qarşı) sitəmkar və qəddar etməmişdir.”
Nöqtələr
Çoxlu mənfəəti və başqalarına təlim-tərbiyə təsiri olan sabit şey bərəkətlidir. Həzrət İsanın bərəkətli ömrü var və İmam Mehdinin (ə) zühurundan sonrayadək sağdır. Onun ardıcılları da çoxdur və bu ardıcıllar həzrəti öldürmək fikrində olan kafirlərə qalibdirlər.1
Xeyir və bərəkətlər daxili niyyətlər, məqsədlər, hallar və xislətlərdir. Bu səbəbdən də bəzi insanlar harada olsalar bərəkətlidirlər.2 Bəziləri isə ruhi problemlərinə və mənəviyyatdan uzaqlıqlarına görə istənilən bir yerdə öz xoşagəlməz xüsusiyyətlərindən əziyyət çəkir və başqalarına fayda vermirlər.
Həzrət İsa “validəti” (“ana”) sözü ilə anasının paklığına və atasının olmamasına işarə etdi.
Dostları ilə paylaş: |