● Ayə 72:
﴿قَالُوا لَن نُّؤْثِرَكَ عَلَى مَا جَاءنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا فَاقْضِ مَا أَنتَ قَاضٍ إِنَّمَا تَقْضِي هَذِهِ الْحَيَاةَ الدُّنْيَا﴾
“(İman gətirmiş sehrbazlar Firona) dedilər: «Biz heç vaxt bizi yaratmış kəsdən və bizim üçün gəlmiş möcüzələrdən səni üstün tutmayacağıq. İstədiyin hökmü ver. Sən yalnız dünya həyatında hökm verirsən.”
● Ayə 73:
﴿إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ وَاللَّهُ خَيْرٌ وَأَبْقَى﴾
“Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, xətalarımızı, bizi vadar etdiyin sehrləri bizə bağışlasın. Allah daha üstün və əbədidir.”
Dostları ilə paylaş: |