Bildirişlər
1. İlahi nemətlərin yada salınması peyğəmbərlik vəzifələrindən biri, insanın inkişaf və təşəkkülü üçün zəmindir.
2. Azadlıq və əmin-amanlıq Allahın böyük nemətlərindəndir və digər nemətlərdən istifadə üçün zəmindir.
3. Zalım rejimin süqutundan və yeni hökumət təşkil olunduqdan sonra ilkin ehtiyac qanundur. (Allah Tövrat və ilahi qanun əta edəcəyini vəd vermişdir.)
4. Bütün lütflər Allah tərəfindəndir.
5. Mənəvi nemət maddi nemətdən öndə gəlir. Öncə Tövrat, sonra qidalar yada salınır.
● Ayə 81:
﴿كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى﴾
“Sizə ruzi etdiyimiz pak şeylərdən yeyin, (amma) tüğyan qoparmayın, yoxsa qəhr-qəzəbim sizi bürüyər. Qəzəbimə düçar olan kəs, şübhəsiz, süqut etmişdir.”
Bildirişlər
1. Bir şeyin haramlığı məlum deyilsə, ondan istifadəni halal saymaq lazımdır. Halal şeyləri haram etmək qadağandır.
2. İlahi dinlər qidalanmada təmizlik məsələsinə diqqət yetirir.
3. Halallıq meyarlarından biri xoşagəlimlikdir. (Təbiətə uyğun, xoşagələn şey “təyyib” adlanır.)
4. Şəriətin qidalanma ilə bağlı hökmlərinə riayət etməmək tüğyan üçün zəmindir.
5. Zülmdən qurtulmuş ümmətlər üçün tüğyan təhlükəsi var.
6. Allahın halallarını haram yolda istifadə etməyək.
7. Ehtiyacdan artıq məsrəf ilahi hökmdən çıxmaqdır.
8. Allahın tüğyan qoparanlara qarşı qəzəbi ciddi xəbərdarlıqdır.
9. İstifadədə həddi aşıb tüğyan qoparmaq kəbirə günahlardandır. Çünki belə bir işə görə ilahi əzab vəd olunmuşdur.
10. Əsil süqut siyasi, iqtisadi uğursuzluq yox, Allahın qəzəbinə düçar olmaqdır.
Dostları ilə paylaş: |