● Ayə 82:
﴿وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى﴾
“Şübhəsiz, Mən tövbə edib iman gətirən, saleh işlər görüb doğru yolu tutan hər kəsi bağışlayaram.”
Nöqtələr
Xəbərdarlıqla başa çatan ötən ayədən sonra bu ayədə müjdə verilir. Xəbərdarlıqla müjdənin yanaşı gətirilməsi bütün Quran boyu müşahidə olunur.
Günahların tövbəsi günaha münasib olmalıdır. Məsələn, namaz qılmayanın tövbəsi namazın qəzasını yerinə yetirmək, xalqa əziyyət verənin tövbəsi üzr istəmək, haqqı gizlədənin tövbəsi onu bəyan etmək, şirkə batanın tövbəsi iman gətirmək, xalqın malını qəsb edənin tövbəsi malı sahibinə qaytarmaqdır.
Bu ayədə tövbəkarların bağışlanmasından danışılsa da, digər ayədə oxuyuruq: “İman gətirdikdən sonra küfr edən və küfrünü artıran kəslərin tövbəsi heç vaxt qəbul olunmayacaq.”1
İlahi peyğəmbərlər də Allahdan bağışlanma diləmişlər: Adəm (ə)2; Nuh (ə)3; İbrahim (ə)4; Musa (ə)5; İsa (ə)6; Məhəmməd (s).7
“İhtəda” rəvayətlərə əsasən Əhli-beytin (ə) vilayətinə işarədir.8
Dostları ilə paylaş: |