● Ayə 77:
﴿قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِّن زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَلِكَ أَلْقَى السَّامِرِيُّ﴾
“(İnsanlar Musaya) dedilər: «Biz öz istəyimizlə vədə xilaf çıxmadıq. Onun (Fironun) qövmünün bər-bəzəkləri ilə yüklənmişdik. Biz onları (oda) atdıq. Samiri bu sayaq (bizə) təlqin etdi.»”
Bildirişlər
1. Günahkarlar cəzadan qaçmaq üçün xaricdən məcburiyyət, sıxıntı kimi bəhanələr gətirirlər.
2. Haram mal haram işə sərf olar. (Fironçuların zülm yolu ilə əldə etdiyi bər-bəzəklər sonda buzovun düzəldilməsinə xərcləndi.)1
3. Dünyaya aid bir çox görüntülər, bər-bəzəklər və mal-mülk insan üçün dərd-bəladır.
4. Azğınlar xalqın öz sərmayəsindən onu azdırmaq, çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.
5. Zəif imanlı və müti cəmiyyət özü hər şeyi asanlıqla əldən verir.
6. Azğınların təlqini və sənəd nümayişləri cəmiyyətə təsirsiz qalmır.
7. Günahkar şəxs öz günahını başqasının boynuna atmağa çalışır.
8. Ən böyük zərbələr azğınlıq amillərinin özünə aiddir.
Dostları ilə paylaş: |