Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə459/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   455   456   457   458   459   460   461   462   ...   621

● Ayə 86:


﴿فَرَجَعَ مُوسَى إِلَى قَوْمِهِ غَضْبَانَ أَسِفًا قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدتُّمْ أَن يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِّن رَّبِّكُمْ فَأَخْلَفْتُم مَّوْعِدِي﴾

Musa qəzəbli və pərişan halda qövmünün yanına qayıtdı. O dedi: “Ey mənim qövmüm! Rəbbiniz sizə xeyir vəd etməyibmi? (Mənim olmadığım) müddət sizə uzun gəldimi? Yoxsa Rəbbinizin qəzəbinə gəlmək istədiyiniz üçün mənimlə olan vədinizə xilaf çıxdınız?”



Nöqtələr


Bu ayədə iki vədə işarə olunur: Allah tərəfindən Tövratın nazil olması ilə bağlı vəd; Musadan sonra qardaşı Haruna itaətlə bağlı verilmiş vəd. Amma xalq buzovpərəstliyə üz tutub bu vədləri unutdu. Musa onları məzəmmət edərkən azğınlıqlarının səbəbini soruşdu: “Siz bilmədən yolunuzu azdınız, yoxsa bilərəkdən Allahın qəzəbinə üz tutdunuz? Bəlkə otuz gün əvəzində qırx gün olmamağım sizi çaşdırdı?”1

Bu ayədə də 81-ci ayədəki kimi ilahi qəzəbin nazil olmasından danışılır. Amma qəzəb səbəbi kimi birinci halda xalqın tüğyanı, ikinci halda xalqın əhdi pozması göstərilir. Bəni-İsrailin süqutu məhz bu amillərlə bağlı idi.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin